“MONTESSORİ TƏLİMİ” mövzusunda vebinar keçirilmişdir

30 noyabr 2022-ci il tarixində, saat 19:30-da Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin kiçik elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında “Montessori təlimi” mövzusunda vebinarımız baş tutmuşdur. Vebinar Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir.

Vebinarda ” Niyə Montessori metodunu seçməliyik” və “Montessori metodu hansı yaş qrupundan olan uşaqlara tətbiq oluna bilər” və s. kimi məsələlərə toxunulmuşdur.

Öz zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Narınc xanıma təşəkkürlərimizi bildiririk.

Online Qeydiyyat