Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib.

Görüşdə Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva və İnstitutun digər əməkdaşları iştirak ediblər.

Görüş zamanı aparılan tədqiqatların nəticələri müzakirə edilib, bu prosesdə görüləcək işlər və prioritet istiqamətlər müəyyənləşdirilib.

Qeyd edək ki, bu görüşlər hər həftə silsilə görüşlər şəklində həyata keçirilir.

Online Qeydiyyat