Klinik Psixologiya Kursu (Modul 9)

18.01.2020 tarixində institutumuzda Klinik Psixologiya Kursunun lX modulu baş tutdu. Qeyd edək ki, kurs Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunur.

Praktik Psixologiya Kursu (Modul 1)

2020-ci ilin ilk kursu – Praktik Psixologiya Kursu 18.01.2020 tarixində tədris olunmağa başladı. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən tədris olunan kursun ilk modulunda psixoloji məsləhət prosesində istifadə olunan terapiya üsulları haqda ətraflı məlumat verildi, real problemlər üzərində terapiya metodlarının tətbiqi öyrədildi. İlk modul kurs […]

Ailədə cinsi münasibətlər psixologiyası təlimi

18.01.2020 tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının doktorantı, psixoloq Gülər Məmmədovanın təqdimatında“Ailədə cinsi münasibətlər psixologiyası” mövzusuna həsr olunmuş təlim keçirildi.Təlimin proqramında mövzuya uyğun aktual problemlər, onların həlli yolları öz əksini tapdı, praktik çalışmalar işlənildi.Təlimdə iştirak edən hər kəsə Sertifikat təqdim edildi.İştirakçıların müsbət rəylərinə, məmnuniyyətinə səbəb olan və […]

Deputatlığa namizəd Bəxtiyar Əliyev seçiciləri ilə görüşdü (Media)

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev bu gün Abşeron rayonunda Ağdamdan olan məcburi köçkün seçiciləri ilə görüşüb. Publika.az-ın məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısı haqqında söhbət açılıb. […]

“Psixodiaqnostika : Proyektiv Metod və Metodikalar” Kursu

Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya Kafedrasının müəllimi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Əli Xəlilovun “PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursunun proqramı ilə tədris etdiyi fərdi dərsindən görüntüləri sizə təqdim edirik.Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərs üçün Əli Xəlilova təşəkkürümüzü bildirir, tələbəmizə uğurlar arzu edirik.

Uşaq Psixologiyası Kursu (Modul 8)

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursunun VIII – sonuncu modulu 13.01.2020 tarixində baş tutdu.Sonuncu modulda bütün kurs proqramı bir daha təkrar edildi, pasient-psixoloq, valideyn-psixoloq nümunələri əsasında praktik bacarıqlara yer verildi, kurs iştirakçıları sertifikasiya imtahanı üçün hazırlandılar.Bütün iştirakçıların məmnuniyyətinə, müsbət rəylərinə səbəb olan uğurlu kurs üçün Narınc xanıma […]

Uşaq Psixologiyası Kursu – imtahan

04.11.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursu 13.01.2020 tarixində başa çatdı.Kursun son günündə tort kəsildi, xatirə fotoları çəkdirildi, iştirakçılar kurs haqqında müsbət təəssüratlarını bizimlə paylaşıb öz məmnuniyyətlərini bildirdilər.Ardınca kursun proqramını əhatə edən mövzular üzrə hazırlanmış suallar əsasında kurs iştirakçılarının sertifikasiya imtahanı keçirildi.İmtahan nəticələrinə əsasən kursu […]

Koqnitiv Bihevioral Terapiya Kursu 1 (Modul 4)

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun lV modulu 12.01.2020 tarixində baş tutdu. Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə uğurla tədris olunan kurs üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik.

Klinik Psixologiya Kursu (Modul 8)

11.01.2020 tarixində institutumuzda Klinik Psixologiya Kursunun Vlll modulu baş tutdu. Qeyd edək ki, kurs Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunur.

IV Könüllü Fəaliyyət Qrupu – iclas

11.01.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lV Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu.Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, Könüllü Fəaliyyət Qrupunun koordinatoru, psixoloq Sevinc Məmmədzadə iştirak etdilər.Elnur Rüstəmov çıxış edərək institutun […]

Psixoloji məsləhətə giriş 2 (Modul 3)

İnstitutumuzda tədris olunan Psixoloji Məsləhətə Giriş Kursunun lll modulu 11.01.2020 tarixində baş tutdu.Qeyd edək ki, kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunur.Elnur Rüstəmov və Nərmin Quliyevaya təşəkkürümüzü bildirir, növbəti modulda görüşmək ümidilə bütün iştirakçılara uğurlar arzu edirik.

“Psixoterapiyanın texnikaları” praktik təlimi

28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu. Türkiyədən dəvət olunmuş uzman klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında baş tutan təlimdə psixoterapiyanın nəzəriyyələri, psixoterapiyada tətbiq olunan əsas texnikalar praktik məşğələlərlə öyrənildi.3 saatlıq praktik təlimin sonunda iştirakçılara Sertifikat təqdim edildi.İştirakçıların müsbət rəylərinə, xoş təəssüratlarına səbəb olan yeni biliklər və praktik texnikalarla zəngin təlim üçün Fəxriyyə […]

Online Qeydiyyat