Praktik Psixologiya Kursu (Modul 1)

2020-ci ilin ilk kursu – Praktik Psixologiya Kursu 18.01.2020 tarixində tədris olunmağa başladı. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən tədris olunan kursun ilk modulunda psixoloji məsləhət prosesində istifadə olunan terapiya üsulları haqda ətraflı məlumat verildi, real problemlər üzərində terapiya metodlarının tətbiqi öyrədildi. İlk modul kurs iştirakçılarının da fəal iştirakı ilə maraqlı və faydalı keçdi.
Qeyd edək ki, kursun növbəti modullarında real pasientlər də iştirak edəcək və psixoloji məsləhət prosesini canlı izləyə biləcəksiniz.
2-ci modul 25.01.2020 tarixində saat 10:00-13:00-da baş tutacaq.
Qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Online Qeydiyyat