“UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” konfransı

01.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. “UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” adlı konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz institutun sədri Elnur Rüstəmova verildi. Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək bu günün tarixi ilə bağlı qısa məlumat verib, uşaqlara təbrik nitqi söyləyərək konfransa uğurlar arzuladı. Daha sonra […]

Art terapiya kursu (Modul 2)

Art terapiya kursu (Modul 2)

31.05.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN ikinci modulu baş tutdu. 3 saat davam edən ikinci modulda iştirakçılara rənglər, rənglərin insan psixikasına təsiri, simvolikası, rəng stereotipləri haqqındaətraflı məlumat verildi, həmçinin praktik çalışmalar işlənildi. İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən növbəti dərs üçün psixoloq, rəssam Asəf Kərimova […]

“ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI” təlimi

"ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI" təlimi

25.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi Əli Xəlilovun təqdimatında “ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI” mövzusunda praktik təlim baş tutdu. Əli Xəlilov təlim iştirakçılarına ünsiyyətin tərəfləri, funksiyaları, kommunikasiya növləri, vasitələri haqda ətraflı məlumat verdi, ünsiyyət problemlərinin həllində effektiv […]

Art terapiya kursu (Modul 1)

Art terapiya kursu (Modul 1)

24.05.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN ilk modulu baş tutdu. 3 saat davam edən ilk modulda iştirakçılara art-terapiyanın mahiyyəti, tarixi, fəlsəfəsi, növləri, prinsipləri haqqında ətraflı məlumat verildi, həmçinin praktik çalışmalar işlənildi. İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən ilk dərs üçün psixoloq, rəssam Asəf Kərimova təşəkkürümüzü […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub. Görüşdə ixtisasartırma və yenidən hazırlanma, təhsil müəssisələrində psixoloqların hazırlığı, psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, mövcud psixoloji problemlər və s. mövzularında müzakirələr aparıldı.Qeyd olundu ki, təhsil müəssisəsində fəaliyyət göstərən psixoloq təlimdə geri qalan və intizamsız yeniyetmə və gənclərlə diaqnostik-korreksiya işi aparılmasında, onların təlim-tərbiyə prosesinin […]

“PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ” (Modul 4)

"PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" (Modul 4)

18.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva tərəfindən tədris olunan “PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ” Kursunun 4-cü modulu baş tutdu. Sonuncu modulda Elnur müəllim və Nərmin xanım psixoloji məsləhət prosesində, yeni başlayan psixoloqlarda rast gəlinən çətinliklər, psixoloji məsləhətin etik prinsipləri və standartları haqqında ətraflı məlumat verdikdən […]

Neyropsixologiya kursu (ilk modul)

Neyropsixologiya kursu (ilk modul)

12.05.2019-cu il tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Fuad Əsədovun təqdimatında NEYROPSİXOLOGİYA KURSU-nun ilk modulu baş tutdu. Fuad Əsədov bu modulda düşüncənin yaranma mexanizmləri, düşüncədə şüuraltı və instinktiv faktorların rolu, genetikanın düşüncə prosesindəki rolu mövzularında ətraflı məlumat verdi, iştirakçıların suallarını cavablandırdı. Həmçinin, kurs iştirakçıları ilə müxtəlif təlimatlara əsasən praktik çalışmalar işlənildi.

“PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ” kursu (Modul 3)

"PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ" kursu (Modul 3)

11.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ” KURSU-nun 3-cü Modulu baş tutdu. İnstitutun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva 3-cü modulda psixokorreksiya nəzəriyyələrinin əsas istiqamətləri, psixoloji məsləhət zamanı tətbiq olunan texnikalar və problemə uyğun korreksiya üsulunun seçilməsi, psixoloji məsləhət prosesində müraciət edən şəxsin müqaviməti və korreksiya […]

10 May – Psixoloqlar gününə həsr olunmuş tədbir

10 May - Psixoloqlar gününə həsr olunmuş tədbir

10.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Sosial Psixologiya şöbəsinin təşəbbüsü ilə 10 May – Ümumdünya Psixoloqlar Gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək öncə Azərbaycan Respublikasının Ümumilli Lideri, dünyada böyük nüfuz qazanmış görkəmli dövlət xadimi cənab Heydər Əliyevin anadan olmasının 96 illiyini anmış, böyük şəxsiyyətin xalqımız […]

Tələbə təcrübə proqramı – “Qrup terapiyası-2”

07.05.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda praktik təcrübə keçən IV kurs tələbələri üçün institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyevanın rəhbərliyi ilə qrup terapiyası keçirilmişdir. Şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, ünsiyyət çətinliklərini aradan qaldırmaq, empati hissini gücləndirmək, problemləri […]

Tələbə təcrübə proqramı – Bakı Qızlar Universitetinin tələbələrinin təqdimatları

06.05.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan və institutumuzda praktik təcrübə keçən IV kurs tələbələri təcrübə proqramına əsasən öncədən müəyyən olunmuş mövzular üzrə təqdimat etdilər. Təqdimatda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, mərkəzin mütəxəssisləri Səbinə Ələkbərova və Aytən Əlizadə iştirak etdilər. Təcrübəçi tələbələr ayrı-ayrı qruplar şəklində […]

“Psixoloji pozuntular və terapiya üsulları” təlimi

"Psixoloji pozuntular və terapiya üsulları" təlimi

06.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Fuad Əsədov Azərbaycan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəvəti ilə universitetin tələbələrinə “Psixoloji pozuntular və terapiya üsulları” mövzusunda təlim tədris etmişdir. Psixoloq mövzu ətrafında geniş məlumat verməklə yanaşı, həmçinin tələbələrin suallarını cavablandırmışdır. Dəvət üçün Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqına […]

Online Qeydiyyat