“UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” konfransı

01.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. 
“UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” adlı konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz institutun sədri Elnur Rüstəmova verildi. 
Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək bu günün tarixi ilə bağlı qısa məlumat verib, uşaqlara təbrik nitqi söyləyərək konfransa uğurlar arzuladı. 
Daha sonra bir-birinin ardınca Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova ” Cinsi tərbiyə, yoxsa cins və tərbiyə?”, Azərbaycan Respublikası Təhsil İnstitututunun Psixologiya və Yaş fiziologiyası şöbəsinin böyük elmi işçisi Ayna Hümbətova “Rəsmlərdə gizlənmiş uşaqlar”, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva “Uşaqlarınızdan ayrılmayın” və Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, p.e.d. Elxan Bəylər “Küləklərlə sovrulan uşaqlar” mövzuları ilə çıxış edib, həmçinin konfrans iştirakçılarının mövzularla bağlı suallarını cavablandırdılar. 
Konfransda uşaqların ifasında “Uşaqlar sevinsin həmişə”, “Günəş olaram mən də” və “Dostluq himni” səsləndirildi, həmçinin konfransda iştirak edən uşaqlarla sual-cavab aparıldı. 
Rəngarəng konfransın sonunda Psixologiya Elmi-Tədqiqat İnstitutu adından spikerlərə TƏŞƏKKÜRNAMƏ təqdim edildi. 

Online Qeydiyyat