“ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI” təlimi

"ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI" təlimi

25.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi Əli Xəlilovun təqdimatında “ÜNSİYYƏT BACARIQLARININ İNKİŞAFI VƏ ÜNSİYYƏT PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI” mövzusunda praktik təlim baş tutdu. Əli Xəlilov təlim iştirakçılarına ünsiyyətin tərəfləri, funksiyaları, kommunikasiya növləri, vasitələri haqda ətraflı məlumat verdi, ünsiyyət problemlərinin həllində effektiv ünsiyyət texnikaları və metodlarını öyrədib, həmçinin praktik çalışmalarla onları iştirakçılar üzərində tətbiq etdi. 
Praktik çalışmalar və texnikalarla zəngin təlimin sonunda iştirakçılara SERTİFİKAT təqdim olundu.

Online Qeydiyyat