Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov Odlar Yurdu Universitetinin qonağı olub. 
Görüşdə ixtisasartırma və yenidən hazırlanma, təhsil müəssisələrində psixoloqların hazırlığı, psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, mövcud psixoloji problemlər və s. mövzularında müzakirələr aparıldı.
Qeyd olundu ki, təhsil müəssisəsində fəaliyyət göstərən psixoloq təlimdə geri qalan və intizamsız yeniyetmə və gənclərlə diaqnostik-korreksiya işi aparılmasında, onların təlim-tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional-iradi xüsusiyyətlərinin diaqnostika edilməsində, psixoloji problemləri, hafizəsinin, təfəkkürünün, xarakterinin və s. inkişafı sahəsində ciddi işlər aparılmasında yaxından iştirak etməlidir. Bu da onu göstərir ki, bu gün xüsusilə orta məktəblərdə psixoloq fəaliyyətinə böyük ehtiyac var. Şagirdlərin təlim-tərbiyəsində məktəb rəhbərliyi, müəllimlər və valideynlərlə birgə psixoloqların da iştirak etməsi mühüm şərtdir. Buna görə hər kəs peşə seçərkən düzgün seçim etməlidir. Uğursuz peşə seçimi gələcəkdə gənclərin uzun müddət həyatda öz yerlərini tuta bilməməsinə gətirib çıxarır. Peşə və ixtisas seçimi zamanı hər bir gənc əmin olmalıdır ki, seçdiyi peşə məhz arzuladığıdır. Gənclər peşə seçərkən öz daxili imkanlarını da ölçüb-biçməlidirlər. Əldə etdikləri peşənin öhdəsindən gəlib-gələ bilməyəcəklərini götür-qoy etməlidirlər. Gənclər diplom xatirinə oxumamalı, tələb olunan hansısa peşənin, sənətin ardınca gedərək, peşəkar kadr kimi yetişməli, peşəsindəki yeniliklərlə mütəmadi tanış olmalı, ən son texnologiyaları öz peşəsində tətbiq etməyi bacarmalıdır.
Tədbir diskussiya şəklində davam edib və E. Rüstəmov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Online Qeydiyyat