Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin onlayn iclası həyata keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin onlayn iclası həyata keçirilib. İclasda könüllü fəaliyyət proqramının rəhbəri, psixoloq Emilya Nəsibova, koordinatorlar Günel Babayeva, Jalə Babazadə və Nigar Əsgərova iştirak ediblər. Görüşdə könüllülərin fəaliyyəti, iş bölgüləri müzakirə edilib. Daha sonra həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə söhbət aparılıb.

Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı Psixologiya Elmi Tədqiqat İnstitutun elmi-tədqiqat qrupu ilə görüş keçirib

Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı Psixologiya Elmi Tədqiqat İnstitutun elmi-tədqiqat qrupu ilə görüş keçirib. Görüşdə məktəb mühitində direktorlar, müəllimlər və psixoloqlar arasında iş məmnuniyyəti ilə bağlı adaptasiya olunacaq testlərin sorğu məlumatları müzakirə edilib. Eyni zamanda, adaptasiya edilən testlərin məlumatları haqqında danışılıb. Növbəti görüşdə “Posttravmatik stres pozuntusu” adlı məqalə yekunlaşdırılıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Peşəkar Psixoloq Təcrübə Proqramının növbəti dərsi keçirilib. Dərs hibrid formada, həm canlı, həm də onlayn baş tutub

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Peşəkar Psixoloq Təcrübə Proqramının növbəti dərsi keçirilib. Dərs hibrid formada, həm canlı, həm də onlayn baş tutub. Psixologiya Elmi Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Koqnitiv davranış terapiyası” mövzusundan bəhs edib. Eyni zamanda, psixoloq texnikaların istifadə qaydalarını iştirakçılara praktik şəkildə rollu oyunlarla göstərib. Öz bilik və təcrübəsini […]

Psixologiya Elmi Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Superviziya”nın növbəti görüşü keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Superviziya”nın növbəti görüşü keçirilib. Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr. Murat Artıran superviziyada iştirak edən psixoloqların suallarını cavablayıb və yüksək terapiya bacarıqlarını inkişaf etdirməklə bağlı iştirakçılarla praktik məşqlər edib. Zəngin bilik və təcrübələrini bölüşdüyü üçün Murat Artırana dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

Psixologiya Elmi-Tədqiqat İnstitutunun 5 illiyinə həsr edilmiş kitabça çap olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunun 5 illiyinə həsr edilmiş kitabça çap olunub. Kitabçada🔹İnstitutun 5 illik tarixçəsi🔹Şöbə, mərkəz və laboratoriyaları🔹Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda çap olunan məqalələri🔹Beynəlxalq və yerli əməkdaşlıqlar🔹Beynəlxalq və yerli konfrans, ixtisasatırma kursları, simpoziumlar, görüşlər, tədbir və təlimlər🔹Könüllü fəaliyyət proqramı haqqında mövzular yer alır.

“Təlim nəticələrinin yüksəldilməsində texnoloji psixologiyanın rolu” layihəsinin təqdimatı keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin ümumi təhsil kateqoriyası üzrə qalib olmuş “Təlim nəticələrinin yüksəldilməsində texnoloji psixologiyanın rolu” layihəsinin təqdimatı keçirilib. Layihənin rəhbəri Bakı Şəhəri Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyevadır. Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə, məktəb direktorları, müəllimlər, valideyn […]

8-ci könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8-ci könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bildirib ki, bir neçə gün öncə institutun 5 illiyi qeyd olunub: «8-ci könüllü fəaliyyət qrupunun üzvlərini […]

24 dekabr 2023-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda “İn-yan. Yaradıcılıq yolunda psixoloji hadisələr və qaydaları” adlı seminar həyata keçirilib

24 dekabr 2023-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda “İn-yan. Yaradıcılıq yolunda psixoloji hadisələr və qaydaları” adlı seminar həyata keçirilib. Təlimçilər Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, klinik (tibbi) psixoloq Fuad Əsədov və rəqəmsal sənətçi Ceyhun Məmmədov olub. Təlimdə “Yaradıcılıq necə baş tutur”, “Yaradıcılıq qabiliyyətini inkişaf etdirmək”, “Problemlərə yaradıcı şəkildə yanaşmaq” və “Yaradıcılıq prosesində əks qütblər” […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaradılmasının 5 illiyi qeyd olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib.  Tədbir Azərbaycan Respiblikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhdilərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçehri Lalei, Azərbaycan Dövlət PedoqojiUniversitetinin Pedaqoji psixologiya kafedrasının müdiri, Əməkdar müəllim, Pedaqogika […]

Azərbaycan müəllimlərinin XVI qurultayında  MilliMəclisin Elm və təhsil komitəsinin sədri, professor BəxtiyarƏliyevin çıxışının tam mətni

Azərbaycan müəllimlərinin XVI qurultayı çox əlamətdar dövrdəkeçirilir. Birincisi, Ulu Öndər Heydər Əliyevin anadanolmasının 100 illik yubileyi dərin hörmət və ehtiramla qeydedildiyi 2023-cü ildə Azərbaycan müəllimlərinin XVI Qurultayının Ümummilli Lider Heydər Əliyevin 100 illikyubileyinə həsr edilməsi ən doğru qərardır. Çünki “HeydərƏliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarındanuğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyəqovuşdurmuş qüdrətli şəxsiyyətdir.  İkincisi, Azərbaycan Respublikası öz müstəqilliyini əldəetdikdən sonra ilk dəfədir ki, müəllimlərin qurultayıErmənistanın işğalına son qoyularaq ərazilərimizin bütövlüyü vəsuverenliyi tam təmin edildikdən sonra keçirilir. Qəbilədüşüncəli erməni tayfasının viran qoyduğu, amma azad edilərək”ağıllı şəhər” kimi yenidən qurulan Şuşada, Laçında, Fizulidə, Zəngilanda, Cəbrayılda yeni məktəblərdə şagirdlərimizmüəllimlərinin dəstəyi ilə yeni bilik, bacarıq və səriştələrəyiyələnirlər. Məcburi köçkün düşmüş bütün məktəblərimizmərhələli şəkildə Qarabağa və Şərqi Zəngəzura – doğma yurdaqayıdır. Gələn il isə azad Xankəndi şəhərində QarabağUniversiteti fəaliyyətə başlayacaq. Böyük Qayıdışa dair I Dövlət proqramının icrasına 2024-cü ilindövlət büdcəsində 4 milyard manat vəsaitin ayrılması tezlikləazad edilmiş ərazilərin, cənab Prezidentin dediyi kimi, cənnətəçevriləcəyini göstərir. Hər bir vətəndaş kimi müəllimlərin də ən böyük arzusu işğalaltında olan ata-baba yurdumuzun azad edilməsi idi. Şagirdlərinidə bu ruhda tərbiyə edirdilər. Və 44 Günlük Vətən müharibəsibaşlayanda müəllimlərimiz Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin komandanlığı altında silaha sarılaraq döyüşmeydanında geriyə bir addım belə atmadan öz şagirdləri iləçiyin-çiyinə qəhrəmanlıqla döyüşdülər. Ən böyük arzularınaçatdılar və Zəfər tarixini yazdılar. Onlardan 20 nəfər şəhidlikzirvəsinə ucaldı. Budur Azərbaycan müəlliminin siması! Eşqolsun Azərbaycan müəlliminə! Bu mənada XVI Qurultayı müəllimlərin “Zəfər Qurultayı” daadlandıra bilərik. Əminəm ki, iki gün davam edəcək Qurultayın panel iclaslarındamüəllimlərimiz işgüzar, qarşılıqlı əməkdaşlıq şəraitində səmərəlifikir mübadiləsi aparacaq, qabaqcıl təcrübələri təhlil edəcək vətəhsilin inkişafı üçün dəyərli təkliflərlə çıxış edəcəklər. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Müəllimlərin XI Qurultayında demişdi:  “Bizim hər birimiz bütünnailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hərbirimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məndünyada müəllimdən şərəfli ad tanımıram”. Biz, müəllimlərimizə borcluyuk və onlara ən yüksək diqqət və qayğıgöstərilməlidir. Təklif edirəm ki, Böyük Azərbaycan xalqını təhsilləndirənAzərbaycan müəlliminə verilən fəxri ad “Xalq Müəllimi” fəxriadı olsun. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Təhsil həyatımızınən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, millimənafelər əsasında qurulmalıdır”. Bu məqsədlərə xidmət edəntəhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə həyata keçirilməyə başladı. Tam əminliklə deyəbilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraquğurla həyata keçirilən təhsil siyasəti bu sahədə ciddi dönüş vəinkişafı təmin etmişdir. Prezident İlham Əliyevin “maddi dəyərlərin, iqtisadi potensialıninsan kapitalına çevrilməsi” siyasətinə uyğun olaraq həyatakeçirilən təhsil islahatları, qarşıya qoyulan vəzifələrin ardıcılsurətdə həlli, təhsil sahəsində genişmiqyaslı dövlətproqramlarının icrası keyfiyyətli təhsil sisteminin yaradılmasınatəminat yaradır. Azərbaycan təhsilində sistemli islahatların uğuru həm də busahəyə dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilə şərtlənir. Təhsilə ayrılan xərclərin həcmi ölkənin ümumi iqtisadiinkişafına uyğun olaraq son 20 ildə təqribən 10 dəfə artıb. 2024-cü il üçün təhsil xərclərinin 4549,9 milyon manata çatdırılmasıproqnozlaşdırılır. Bu büdcə gələn il ali təhsilə əlçatanlığın genişləndirilməsinə(dövlət hesabına qəbul yerlərinin-10645 nəfər, təqaüdlərinartırılması-10284 nəfər və s.), peşə təhsilinin keyfiyyətininartırılmasına, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsininböyüməsinə, məktəbəhazırlığa cəlb edilənlərin sayınınartırılmasına və təhsilverənlərin sosial müdafiəsinin mərhələlişəkildə gücləndirilməsinə imkan verəcəkdir. Təhsil Tələbə Kredit Fondunun vəsaitləri 8,0 milyon manatartırılaraq 118,0 milyon manata çatdırılacaqdır. Təklif edirəm ki, Təhsil Tələbə Kredit Fondunun vəsaitləri təhsilalanların təkcətəhsil haqlarının qarşılanması üçün deyil, həm də həssasqrupdan olan təhsilalanların təhsillə bağlı digər xərclərininödənilməsinə də yönləndirilsin. Çünki bəzi hallarda həssas qrupdan olan şəxslər təhsillə bağlıdigər xərcləri qarşılamaqda maliyyə çətinliyi ilə üzləşirlər vətəhsil almaqdan imtina etməyə məcbur olurlar. Elm xərcləri 2024-cü il üçün 228,8 milyon manataçatdırılacaqdır. Hesab edirik ki, bilik iqtisadiyyatınınformalaşmasında nəticəyönümlü elmi araşdırmaların və elmiyeniliklərin mühüm rolunu nəzərə alaraq, elmə ayrılan vəsaitinstrukturuna yenidən baxılmalı, elmi tədqiqatlar nəticəyönümlülayihələr və məqsədli proqramlar əsasındamaliyyələşdirilməlidir. Son 20 ildə təhsilin qanunvericilik bazası da möhkəmləndirilib. Belə ki, Milli Məclis tərəfindən 2009-2019-cu illər ərzində “Təhsil haqqında” (19 iyun 2009), “Elm haqqında” (14 iyun 2014), “Məktəbəqədər təhsil haqqında”(14 aprel 2017), “Peşə təhsili haqqında”(24 aprel 2018) […]

“Heydər Əliyev 100 il” adlı inşa müsabiqəsi keçirilib

Psixologiya Elmi- Tədqiqat İnstitutu və Sosial Dəstək Mərkəzinin birgə əməkdaşlığı ilə müharibədə əlillik qazanmış şəxslərin övladları və uşaq sığınacaqlarında məskunlaşmış məktəblilər arasında “Heydər Əliyev 100 il” adlı inşa müsabiqəsi keçirilib. İki mərhələdən ibarət olan müsabiqə V-IX sinif şagirdlərini əhatə edib. Müsabiqəyə ümumilikdə 60 nəfər müraciət edib və onlardan 30 nəfəri müsabiqəyə qəbul olunub. Mətnlər münsiflər […]

Online Qeydiyyat