“Heydər Əliyev 100 il” adlı inşa müsabiqəsi keçirilib

Psixologiya Elmi- Tədqiqat İnstitutu və Sosial Dəstək Mərkəzinin birgə əməkdaşlığı ilə müharibədə əlillik qazanmış şəxslərin övladları və uşaq sığınacaqlarında məskunlaşmış məktəblilər arasında “Heydər Əliyev 100 il” adlı inşa müsabiqəsi keçirilib.

İki mərhələdən ibarət olan müsabiqə V-IX sinif şagirdlərini əhatə edib. Müsabiqəyə ümumilikdə 60 nəfər müraciət edib və onlardan 30 nəfəri müsabiqəyə qəbul olunub.

Mətnlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və 10 şagird qalib seçilib.

E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin 9-cu sinif şagirdi Məmmədtağıyeva Sərvin I, E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin 7-ci sinif şagirdi Yarməmmədli Zeynəb II, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin 7-ci sinif şagirdi Çompuzova Nuray III yerin və E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin 8-ci sinif şagirdi Hacıyev Əmrail həvəsləndirici yerin qalibi adını qazanıb.

Layihə çərçivəsində Heydər Əliyev Mərkəzində məktəblilərin ekskursiyası təşkil olunub.

Daha sonra II mərhələdə F.Rəfiyev adına 166 nömrəli məktəb-liseyinin 7-ci sinif şagirdi Abbaszadə Ramal I, 95 nömrəli məktəbinin 9-cu sinif şagirdi Haqverdili Leyla II, Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyinin 8-ci sinif şagirdi Şahbazlı Zəhra III yerin və Elxan Həsənov adına 139 nömrəli məktəbinin 6-ci sinif şagirdi İsmayılzadə Yusif həvəsləndirici yerin qalibi adını qazanıb.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Online Qeydiyyat