Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaradılmasının 5 illiyi qeyd olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib. 

Tədbir Azərbaycan Respiblikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.

Sonra şəhdilərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçehri Lalei, Azərbaycan Dövlət PedoqojiUniversitetinin Pedaqoji psixologiya kafedrasının müdiri, Əməkdar müəllim, Pedaqogika üzrə elmlər doktoru, professor Şəhla Əliyeva, «Narınc» UşaqPsixologiya Mərkəzinin rəhbəri, klinik-psixoloq Narınc Rüstəmova, institutun heyəti və tələbələr iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 2023-cü ilin ölkəmiz və xalqımız üçün uğurlu il olduğunu vurğulayıb. Komitə sədri ümummilli lider, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində də qeyd edildiyini bildirib. 

Bəxtiyar Əliyev əlavə edib ki, bu il oktyabr ayında biz Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyünü tam bərpa etdik və ölkə başıçısı Xankəndi şəhərində bayrağımızı əbədi ucaltdı.Bu tarixi hadisələrin baş verdiyi bir ildə Psixologiya Elmi-Tədiqat İnstitutu da 5 illiyini qeyd edir və institutun təhsil sahəsində fəaliyyəti, psixologiya elmi istiqamətində nailiyyətləri təqdirəlayiqdir.

O, Psixologiya Elmi-Tədqiqat İnstitutunun  «Elm haqqında» Azərbaycan Respublikasının Qanununauyğun olaraq Azərbaycanda yaradılan həm ilk Psixologiya Elmi-Tədqiqat İnstitutu, həm də ilk qeyri-dövlət tədqiqat institutu olduğunu bildirib.

Professor qeyd edib ki, ölkəmizdə psixologiya elminin ilkin inkişafının təməli hələ 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dövründə ziyalılarımıztərəfindən qoyulub. O zamanlar psixologiya bir mövzukimi tarix fənni daxilində keçirilirdi. Bəxtiyar Əliyev bu gün psixologiya sahəsinə ali təhsil müəssisələrində də xüsusi yer ayrılması, fakültələrin və kafedraların yaradılmasının əhəmiyyətini və bu prosesin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. 

Komitə sədri bu gün institutun ölkəmizin psixologiya sahəsində xüsusi yerinin oluğunu, elmi-tədqiqatlar, həmçinin psixoloji xidmət istiqamətində sistemli, peşəkar işlər həyata keçirdiyini deyib. Həmçinin o bildirib ki, bu insititut şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşır, onlara təmənnasız psixoloji xidmət göstərir. 

O, daha sonra insititut ilk dəfə olaraq məktəb psxioloqlarının zirvə toplantısı, müəllimlər üçün təlimlərin təşkil edilməsi, Elm və Təhsil Nazirliyinində bu məsələdə böyük dəstək verməsindən bəhs edib.Komitə sədri vurğulayıb ki, bu gün məktəblərə şagird sayına görə düşən psixoloqların sayı da azdır. Ona görə də yeni peşəkar kadrların hazırlanması çox vacibdir.

Bu gün beynəlxalq psixoloji testlərin Azərbaycan dilinə adaptasiyasının məhz institut tərəfindən həyata keçirildiyini bildirən Bəxtiyar Əliyev bu alətlər vasitəsilə ölçmələrin ölkəmizdə psixologiya sahəsində düzgün nəticələr əldə etməyə imkan yaratdığını və bu nəticələrin tədqiqat işlərində istifadə olunduğunudiqqətə çatdırıb.

Bəxtiyar Əliyev institutun 5 il ərzində psixologiya sahəsində gördüyü böyük əhəmiyyətli işlərə, beynəlxalq nüfuzlu elmi bazalarda dərc olunan məqalələrə, peşəkar idarəçiliyə görə sədr Elnur Rüstəmova xüsusi təşəkkürünü bildirib və institutun heyətinə təbriklərini çatdırıb.

İnstitutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov çıxış edib. O, institutun fəaliyyətindən və 5 il ərzində görülən işlərdən danışıb, institutla bağlı məlumatları əks etdirən təqdimatla çıxış edib. 

  Sədr qeyd edib ki, 2018-ci ildə əsası qoyulan Psixologiya Elmi-Tədqiqat İnstitutu ümumi psixologiya və eksperimental psixologiya, şəxsiyyətin psixologiyası, psixofiziologiya, inkişaf, uşaq və yaş  psixologiyası,  klinik psixologiya,  sosial psixologiya və idarəetmənin psixologiyası, təhsil psixologiyası,siyasi etnik və tarixi psixologiya, əmək psixologiyası və ekstremal şəraitdə insanın həyat fəaliyyətinin psixologiyası istiqamətlərində psixologiya sahəsində fundamental, tətbiqi və eksperimental elmi-tədqiqatlar aparır. 

Elnur Rüstəmov həmçinin əlavə edib ki, 5 il ərzində 4 istiqamət üzrə 20 elmi tədqiqat mövzusu yerinə yetirilmiş, xarici ölkələrdə hazırlanmış və psixoloji tədqiqatlarda geniş istifadə edilən on iki metodikanın Azərbaycanda adaptasiyası həyata keçirilmiş və əldə edilən nəticələr beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) (Springer, WEB of science, Scopus, Index Copernicus, ERIH PLUS və s.) daxil olan jurnallarda çap olunub. Bununla yanaşı, institutun mətbu orqanı olan “Psixologiya jurnalı” nəşr edilir.

Sədr daha sonra institutun strukturu ilə bağlı məlumat verib. O bildirib ki, institutda 7 söbə, 1 mərkəz, 2 laboratoriya, bir elmi kitabxana fəaliyyət göstərir. 

Elnur Rüstəmov bu illər ərzində görülən işlərə və dəstəyə görə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyevə, həmçinin elmi tədqiqatlar aparan və psixoloji xidmət göstərən mütəxəssislərə, təşkilati işlərdə əməyi olan bütün heyətə təşəkkürünü bildirib. 

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Manuçehri Laleiyə çıxış edərək institutun rəhbərliyinə və heyətə təbriklərini çatdırıb.

O, psixiatriya ilə psixologiya sahəsinin ortaq cəhətlərindən, bu sahədə fəaliyyət göstərən mütəxəssislərin işbirliyindən, birgə tədqiqatların səmərəliliyindən danışıb. Araz Manuçehri Laleiyəİnstitutun psixologiya sahəsində fəaliyyətini, xüsusilə aparılan elmi-tədqiqatları yüksək qiymətləndirib. 

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Pedaqoji psixologiya kafedrasının müdiri, Əməkdar müəllim, Pedaqogika üzrə elmlər doktoru, professor Şəhla Əliyeva artıq neçə ildir, institutun bir çox layihə və tədbirlərində iştirak etdiyini, institutun gördüyü işlərin onu təəccübləndirdiyini və mütəxəssis olaraqsevindirdiyini bildirib. Şəhla Əliyeva daima institutla əməkdaşlıq etmək, kadrların yetişdirilməsinə dəstək olmaqda mütəxəssislərin birgə fəaliyyətinin vacibliyini vurğulayıb və institutun rəhbərliyinə və heyətinə təbriklərini çatdırıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Lalə Əhmədova psixologiya sahəsinin mütəxəssisləri üçün yaradılmış belə peşəkar və münbit mühitdə çalışdığı üçün məmnun olduğunu bildirib. O deyib ki, institut həm psixoloji xidmət, həm də elmi-tədqiqat istiqamətində əhəmiyyətli işlər görür və bir mütəxəssis kimi bu işlərin faydasını görmək onu sevindirir. Lalə Əhmədova kollektivə, həmkarlarınaəməkdaşlığa görə təşəkkürünü bildirib və onları təbrik edib.

Daha sonra instititun fəaliyyətini əks etdirən videoçarxnümayiş etdirilib. 

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Online Qeydiyyat