Yıldız Teknik Universitetinin Eğitim fakültəsinin dekanı prof. Mehmet Engiz Deniz Psixologiya Elmi-Tədqiqat İnstitutunda olmuşdur

Bu gün Yıldız Teknik Universitetinin Eğitim fakültəsinin dekanı prof. Mehmet Engiz Deniz Psixologiya Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Görüşdə Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Direktoru professor Bəxtiyar Əliyev və Psixologiya Elmi – Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etmişdir.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov İnstitutun fəaliyyəti, Yıldız Teknik Universiteti və […]

Koqnitiv Bihevioral Terapiya ilə bağlı təlimlər, superviziyalar, tədqiqatlar və simpoziumların təşkil olunması barədə müzakirələr aparıldı

Mərkəzi New Yorkda yerləşən Albert Ellis İnstitutunun təlimçisi, Albert Ellis İnstitutu səlahiyyətli Türkiyə Psixoterapiya və Yetişdirmə Mərkəzinin direktoru doç. Murat Artıran, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova arasında görüş baş tutdu. Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində artıq CBT məktəbi fəaliyyət göstərəcək. Həmçinin, görüşdə ən yaxın […]

“Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda dinləmə keçirilib

Martın 3-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda dinləmə keçirilib.Tədbiri açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ailə dəyərlərinə, milli-mənəvi dəyərlərə böyük önəm […]

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqlarına sertifikat təqdim edilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqlarına sertifikat təqdim edilmişdir. İmtahandan yüksək bal yığmış iştirakçılara fərqlənmə sertifikatı və kitablar təqdim edilmişdir. Qeyd edək ki, Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, psixoloq Ülviyyə Nəhmətova və Mətanət Əliyeva olmuşdur. Təlimlərdə 1 ay müddətində 2 qrup olmaqlar hər […]

Təcrübə proqramına əsasən təcrübəçi tələbələr üçün təlim baş tutdu

Təcrübə proqramına əsasən 04.03.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu. Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşıları, psixoloq Emilya Nəsibova və Rüstəm Kərimovun təqdimatında qrup terapiyası keçirildi. Rüstəm bəy və Emilya xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı. Uşaq bölməsində olan praktikantlar […]

Psixo-help: “Yeniyetməlik dövründə deviant davranışın psixoprofilaktikası”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 04.03.2022 tarixində baş tutdu. Qonağımız, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Reyhan Mirzağayeva mövzu isə “Yeniyetməlik dövründə deviant davranışın psixoprofilaktikası” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Reyhan xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını […]

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi

28.02.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi. İclasda institutun sədri Elnur Rüstəmov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva və mərkəzin mütəxəssisləri iştirak etdilər. İclasda ötən ay ərzində müraciət edən şəxslərin problemləri ilə bağlı statistik göstəricilərə nəzər salındı, qarşıda həyata keçirilməsi nəzərdə tutulan yeni ideyalar müzakirə edildi.

Təcrübə proqramına əsasən təcrübəçi tələbələr üçün təlim baş tutdu

Təcrübə proqramına əsasən 28.02.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu. Təlimçilər: Psixologiya Elmi-Tədqiqat İnstitutunun Uşaq bölməsinin mütəxəssisləri, psixoloq Türkan Məmmədli və Aytac Kazımlı. Təlimçilər təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı. Türkan xanıma və Aytac xanıma zəngin bilik və təcrübəsini […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunda abituriyentlərlə görüş baş tutdu

27.02.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda abituriyentlərlə görüş baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq, Narınc Rüstəmova iştirak etmişdir. Görüşün məqsədi abituriyentlərin qəbul imtahanına “Psixoloji” hazırlığını təmin etməkdir. Görüşün məğzi: İmtahan Həyəcanına Son! İmtahan stressini idarə etməyin yolları. Zamanı necə düzgün bölməli?! 2 saat müddətində davam […]

“Peşəkar Psixoloq Təcrübə Proqramı – 7” uğurla başa çatdı

3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 7” uğurla başa çatdı. Qeyd edək ki, proqram Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olundu. Kursda iştirak edən hər kəs təcrübə proqramı ilə bağlı öz xoş təəssüratlarını və 3 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat […]

“Ailə Psixoterapiyası üzrə İxtisaslaşma kursu” nun ilk dərsi baş tutdu

26.02.2022 tarixində baş tutan Psixologiya Elmi-Tədiqiqat İnstitutu və Yıldız Teknik Universitetinin əməkdaşlığı çərçivəsində “Ailə Psixoterapiyası üzrə İxtisaslaşma kursu” nun ilk dərsindən görüntüləri sizə təqdim edirik. Ümumilikdə 450 saatlıq tədris proqramı həftədə 2 dəfə 6 saat olmaqla, 6 ay müddətində davam edəcək. Tədris Yıldız Teknik Universitetinin professor və dosent heyəti və yerli mütəxəssislər tərəfindən online və […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsi anım tədbiri keçirilmişdir

26.02.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsi anım tədbiri keçirilmişdir. Bəşər tarixinin qara ləkəsi: Xocalı qətliamı Xocalı soyqırımından 30 il ötür. Bu ağrı qəlbimizdə hələdə var olmaqda davam edir. Lakin bu il Xocalıya əvvəlki illərlə müqayisədə fərqli baxış var. İlk öncə, 5 ci könüllü fəaliyyət qrupunun üzvü Xədicə Əhmədovanın hazırlamış olduğu, Xocalı faciəsini əks etdirən […]

Online Qeydiyyat