Yıldız Teknik Universitetinin Eğitim fakültəsinin dekanı prof. Mehmet Engiz Deniz Psixologiya Elmi-Tədqiqat İnstitutunda olmuşdur

Bu gün Yıldız Teknik Universitetinin Eğitim fakültəsinin dekanı prof. Mehmet Engiz Deniz Psixologiya Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Görüşdə Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Direktoru professor Bəxtiyar Əliyev və Psixologiya Elmi – Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etmişdir.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov İnstitutun fəaliyyəti, Yıldız Teknik Universiteti və Türkiyənin Psixoloji Danışmanlık və Rəhbərlik (PDR) cəmiyyəti ilə birgə psixologiya sahəsi ilə bağlı müzakirələr aparmışdır.Eyni zamanda görüşdə ixtisasartırma, kadrların hazırlanması, yenidənhazırlıq və Türkiyə-Azərbaycan arasında psixologiya sahəsi üzrə birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmışdır.

Online Qeydiyyat