Koqnitiv Bihevioral Terapiya ilə bağlı təlimlər, superviziyalar, tədqiqatlar və simpoziumların təşkil olunması barədə müzakirələr aparıldı

Mərkəzi New Yorkda yerləşən Albert Ellis İnstitutunun təlimçisi, Albert Ellis İnstitutu səlahiyyətli Türkiyə Psixoterapiya və Yetişdirmə Mərkəzinin direktoru doç. Murat Artıran, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova arasında görüş baş tutdu. Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində artıq CBT məktəbi fəaliyyət göstərəcək. Həmçinin, görüşdə ən yaxın zamanda Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv bir şəkildə Koqnitiv Bihevioral Terapiya ilə bağlı təlimlər, superviziyalar, tədqiqatlar və simpoziumların təşkil olunması barədə müzakirələr aparıldı.

Online Qeydiyyat