Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsi anım tədbiri keçirilmişdir

26.02.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsi anım tədbiri keçirilmişdir.

Bəşər tarixinin qara ləkəsi: Xocalı qətliamı

Xocalı soyqırımından 30 il ötür. Bu ağrı qəlbimizdə hələdə var olmaqda davam edir. Lakin bu il Xocalıya əvvəlki illərlə müqayisədə fərqli baxış var.

İlk öncə, 5 ci könüllü fəaliyyət qrupunun üzvü Xədicə Əhmədovanın hazırlamış olduğu, Xocalı faciəsini əks etdirən video-çarx təqdim edildi.

Açılış nitqi üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi.

Daha sonra Könüllü fəaliyyət qrupunun hazırladığı səhnəcik və kompozisiya təqdim edildi.

Tədbir Allahverdi Tağıyevin təqdimatında “Yayla, Xocalım, Yayla” şeiri ilə yekunlaşdırıldı.

Online Qeydiyyat