Fədakarlığı fəda etmək
Bəzi insanlar var ki, həmişə ətraflarındakı insanlara kömək etmək və onları nədənsə xilas etməyə çalışırlar. Bunu o qədər çox edirlər ki, zamanla özlərini unudurlar və tükənirlər. Bu insanları həmişə kiməsə məsləhət verərkən və kimisə qurtarmağa çalışarkən görə bilərsiniz.Buna psixologiyada “qurtarıcı kompleksi” deyilir. Bəlkə inanmayacaqsınız, amma bu davranış bir çox hallarda narsistlikdən qaynaqlanır. Çünki, qurtarıcı rolunu […]
Uşağın və uşaqlığın ehtiyacları
Yəqin ki, hər biriniz uşaqlıq dövründə yaşadıqlarımızın bütün həyatımıza təsir etdiyini eşitmisiniz. Aqressiya görən uşaq böyüyəndə də aqressiv olur, itaət etməyə məcbur edilən uşaq həyatı boyu itaətkar olur, çox kontrol olunan uşaq hər zaman başqa insanların onu kontrol etməsinə icazə verir. Demək olar ki, yetkinlik dövründə yaşanılan bütün problemlər uşaqlığın təsiridir. Sanki, müəyyən seçimləri edərək […]
Sağlam psixologiya
Sağlam psixologiyalı insanlar necə olur? Sağlam psixologiyalı olmaq üçün bizcə hər kəs aşağıdakı 13 punktu öyrənərsə, yaxşı olar. Şəxsi və ictimai maraq. Sağlam psixologiyalı insanlar öz maraqlarını həyata keçirərkən, başqalarına da zərər verməməyə çalışırlar. Bu həm fədakarlıqdan, həm də eqoistlikdən uzaq durmaq mənasına gəlir. Öz-özünə kifayət etmək. Sosiallaşmaq yaxşıdır, amma həyatınızın məsuliyyətinin hiss etmək daha […]
Siz, insanlar, həyat və sözlər
Dünyada olan heç bir dil və heç bir söz insanın daxili dünyasını təsvir edə bilməz. Biz sözlərlə içimizdəkiləri və hislərimizi ifadə edirik. Amma, bu əslində tam şəkildə ifadə deyil. Biz sözlərin vasitəsilə özümüzü sadəcə maksimum dərəcədə ifadə edə bilərik. Raymond Digiuseppenin çox yaxşı bənzətməsi var. Deyir ki, sözlər xəritə kimidir. Bir xəritə nə qədər detallı […]
İrrasional inanclar
Hər birimiz uşaqlıqdan bəri ailədə aldığımız tərbiyənin, baxdığımız filmlərin, oxuduğumuz kitabların, sosial mühitdə gördüklərimizin, məktəbdə öyrəndiklərimizin təsiri ilə bir dünya görüşü formalaşdırırıq. Beləcə, hər birimizin özümüz haqqımızda, dünya haqqında və digər insanlar haqqında inandığı düşüncələri – inancları yaranır. Bəzən bu inanclar irrasional ola bilirlər. Hər hansı bir inanca irrasional deyə bilmək üçün onun üç kriteriyadan […]
Koqnitiv Davranış Terapiyası nədir?
Psixoterapiyanın ən böyük nailiyyətlərindən biri məhz Koqnitiv Davranış Terapiyasıdır. Orijinal adı Cognitive Behavioural Therapy (CBT) olan bu terapiya dünyada elmi yolla effektivliyi ən çox sübut olanan psixoterapiya növüdür. Koqnitiv Davranış Terapiyası insanların düşüncə, hiss və davranışları arasında bir əlaqənin mövcud olduğunu iddia etməkdədir. İnsanları narahat edən yaşadıqları hadisələr deyil, həmin hadisələr haqqındakı düşüncələridir. İnsanlar başlarına […]
Düşüncə xətaları
Hadisələrin özü deyil, onları yorumlama şəklimiz hislərimizə təsir edir. Çox kiçik şeyləri özünə böyük dərd edən insanlar da var, çoxlarının pis olacağı situasiyalarda normal əhval – ruhiyyəsini qoruyan insanlar da. Ona görə də, hadisələri yorumlama və onlar haqqındakı düşüncələrimizə diqqət etməliyik. Bəzən düşünərkən müəyyən xətalar edirik. Biz buna düşüncə xətaları deyirik. Hansı düşüncə xətalarını edirsiniz? […]
SOKRATİK DİALOQ
O vaxt Sokrat heç vaxt suala birbaşa cavab vermirdi. Kimsə, ondan nəsə soruşanda ya da məsləhət istəyəndə, Sokrat həmin şəxsin özünə bəzi suallar verərək, onun nəticəyə gəlməsinə səbəb olurdu. Bizim məşğul olduğumuz Koqnitiv Biheverial Terapiya da bu məntiqə əsaslanır. Biz pasiyentin nə dediyini bildiyimizi iddia etmirik. Ya da, hər problemi həll edəcək qədər ağıllı olduğumuzu […]