Abituriyentlərin imtahana psixoloji hazırlığı

06.07.2019-cu il tarixində institutumuzda abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanında uğurlu nəticə əldə etmələri məqsədilə abituriyentlər üçün qrup çalışmaları təşkil olundu. Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu, eyni zamanda Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova tərəfindən keçirilən qrup çalışmaları motivasiyanın artırılması, imtahan öncəsi psixoloji hazırlıq, imtahan […]

II Könüllü Fəaliyyət Qrupu – Qrup terapiyası

06.07.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün qrup terapiyası keçirildi.Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva tərəfindən keçirilən qrup terapiyası şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, ünsiyyət çətinliklərini aradan qaldırmaq, empati hissini gücləndirmək, problemləri birlikdə həll etmək və s. xidmət edir.Könüllü Fəaliyyət Proqramının hər bir üzvü […]

II Könüllü Fəaliyyət Qrupu – “Şəxsiyyət tipləri” təlimi

05.07.2019-cu il tarixində institutumuzda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün təşkil olunmuş “ŞƏXSİYYƏT TİPLƏRİ” Kursunun ilk dərsi keçirildi. Qeyd edək ki, kurs klinik psixoloq Türkan Əliyeva tərəfindən tədris olunur. Psixoloq ilk dərsdə könüllülərə şəxsiyyət pozuntularının tipləri haqda məlumat verib hər birini ayrı-ayrılıqda xarakterizə etdi, daha sonra onların mövzuya dair suallarını cavablandırdı. Könüllü Fəaliyyət Proqramının üzvlərinə tədris etdiyi kurs üçün […]

Klinik psixologiya kursu (Modul 1)

29.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixiatr Orxan Fərəclinin təqdimatında KLİNİK PSİXOLOGİYA KURSU-nun ilk modulu baş tutdu.Psixiatr ilk dərsdə kurs iştirakçılarına klinik psixologiyaya giriş, onun ümumi müddəaları, klinik psixoloji müsahibənin aparılma qaydası, ümumi psixopatalogiya, klinik psixoloji diaqnostika metodları haqqında ətraflı məlumat verib onların praktikada tətbiqi yollarını öyrətdi. Kursun ilk modulu kursda iştirak edən hər kəs tərəfindən […]

Turkcess – 2019

Türkiyənin İstanbul şəhərində keçirilən “V. Turkcess” Beynəlxalq Təhsil və Sosial Elmlər Konfransında uğurlu fəaliyyətinə görə və konfransın təşkilati dəstəkçisi olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu xüsusi mükafata layiq görülmüşdür.Mükafat Psixologiya Elmi- Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova təqdim edilmişdir. Konfransın ikinci günündə (28.06.2019 ) İnstitutu Konfransda təmsil edən nümayəndə heyyətinin başçısı, Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov […]

Art terapiya kursu (Modul 5)

21.06.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN beşinci modulu baş tutdu. 3 saat davam edən beşinci modulda iştirakçılara art-terapiyanın həyata keçirilməsi formaları, oyunlar, rəsm, rəng terapiyası, applikasiya, gil terapiyası, maskalar, qum terapiyası, mandala texnikası öyrədildi, struktur çalışmalardan istifadə olundu. İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən növbəti dərs […]

“Burn-out sindromu” simpoziumu

16 İyun 2019 tarixində, saat 12:00-15:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq “BURN-OUT SİNDROMU” mövzusuna həsr olunmuş simpozium keçirildi.

Görüş

12.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlərin rəhbərlərilə görüş keçirilmişdir. Görüşdə institutun sədri Elnur Rüstəmov, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev, Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev, […]

Məktəb psixoloqlarının regional konfransı (Media)

İyunun 8-də Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə məktəb psixoloqlarının regional konfransı keçirilib. Konfransda Təhsil Nazirliyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi, Psixologiya Elmi Tədqiqat İnstitutu və Təhsil İnstitutunun əməkdaşları, məktəb rəhbərləri, psixoloqlar və digər şəxslər iştirak edib. Sumqayıt şəhər, Abşeron və Qubadlı rayon ümumtəhsil məktəblərinin […]

Art terapiya kursu (Modul 3)

07.06.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN üçüncü modulu baş tutdu. 3 saat davam edən üçüncü modulda iştirakçılara art-terapiya seanslarında gözlənilən çətinliklər, təsviri sənət fəaliyyətinin uşaqlarda inkişafı və art-terapiya seanslarına təsiri haqqındaətraflı məlumat verildi, həmçinin praktik çalışmalar işlənildi. İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən növbəti dərs […]

“Ödənişsiz diaqnostika”

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi Müqəddəs Ramazan Bayramı münasibətilə 3 İyun 2019 tarixində ÖDƏNİŞSİZ DİAQNOSTİKA həyata keçirdi. Saat 10:00-dan 17:00-a qədər davam edən diaqnostikada 50-yə yaxın müraciət edən şəxs diaqnostikadan keçdi, həmçinin ilkin müayinədən sonra problemə uyğun olaraq psixoloqa yönləndirildi. Müəyyən edilən diaqnoza əsasən psixoloq rəyi alıb, problemi və […]

“UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” konfransı

01.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi. “UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” adlı konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz institutun sədri Elnur Rüstəmova verildi. Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək bu günün tarixi ilə bağlı qısa məlumat verib, uşaqlara təbrik nitqi söyləyərək konfransa uğurlar arzuladı. Daha sonra […]

Online Qeydiyyat