Klinik psixologiya kursu (Modul 1)

29.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixiatr Orxan Fərəclinin təqdimatında KLİNİK PSİXOLOGİYA KURSU-nun ilk modulu baş tutdu.
Psixiatr ilk dərsdə kurs iştirakçılarına klinik psixologiyaya giriş, onun ümumi müddəaları, klinik psixoloji müsahibənin aparılma qaydası, ümumi psixopatalogiya, klinik psixoloji diaqnostika metodları haqqında ətraflı məlumat verib onların praktikada tətbiqi yollarını öyrətdi. 
Kursun ilk modulu kursda iştirak edən hər kəs tərəfindən rəğbətlə qarşılandı.
Bilgi dolu dərs üçün psixiatr Orxan Fərəcliyə təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.
Qeyd edək ki, kursun 06.07.2019-cu il tarixində baş tutacaq 2-ci modulu üçün qeydiyyat başlamışdır.
Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/ what’s App).

Online Qeydiyyat