Turkcess – 2019

Türkiyənin İstanbul şəhərində keçirilən “V. Turkcess” Beynəlxalq Təhsil və Sosial Elmlər Konfransında uğurlu fəaliyyətinə görə və konfransın təşkilati dəstəkçisi olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu xüsusi mükafata layiq görülmüşdür.
Mükafat Psixologiya Elmi- Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova təqdim edilmişdir.

Konfransın ikinci günündə (28.06.2019 ) İnstitutu Konfransda təmsil edən nümayəndə heyyətinin başçısı, Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Evlilik öncəsi psixoloji hazırlıq və onun qurulacaq ailəyə təsiri” mövzusunda məruzəçi olaraq çıxış etmişdir.
Çıxış Konfrans iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Psixologiya Elmi – Tədqiqat İnstitutu uğurlu fəaliyyətinə görə Konfransın xüsusi mükafatına layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, 3 gün davam edəcək V. Turkcess Beynəlxalq Təhsil və Sosial Elmlər Konfransında 27 ölkədən nümayəndə heyyəti iştirak edir.

Online Qeydiyyat