II Könüllü Fəaliyyət Qrupu – “Şəxsiyyət tipləri” təlimi

05.07.2019-cu il tarixində institutumuzda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün təşkil olunmuş “ŞƏXSİYYƏT TİPLƏRİ” Kursunun ilk dərsi keçirildi. 
Qeyd edək ki, kurs klinik psixoloq Türkan Əliyeva tərəfindən tədris olunur. 
Psixoloq ilk dərsdə könüllülərə şəxsiyyət pozuntularının tipləri haqda məlumat verib hər birini ayrı-ayrılıqda xarakterizə etdi, daha sonra onların mövzuya dair suallarını cavablandırdı. 
Könüllü Fəaliyyət Proqramının üzvlərinə tədris etdiyi kurs üçün Türkan xanıma təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar diləyirik.

Online Qeydiyyat