Psixologiya Elmi-Tədqiqat İnstitutunda 5, 6 və 7-ci “Könüllü fəaliyyət” proqramı üzvlərinin məzuniyyət günü keçirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 5, 6 və 7-ci “Könüllü fəaliyyət” proqramı üzvlərinin məzuniyyət günü keçirilib. Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov çıxış edərkən vurğulayıb ki, könüllü fəaliyyət qruplarının üzvləri institutda aparılan işlərdə aktiv iştirak ediblər. Sədr əlavə edib ki, bu fəaliyyətin onların gələcək karyeralarında faydalı olacağına inanır. Elnur Rüstəmov proqramı uğurla […]

Azərbaycan təhsil sisteminin inkişaf strategiyasını Heydər Əliyev yaratdı

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin ümummilli lider Heydər Əliyevin ölkəmizin təhsil sisteminə gətirdiyi yeniliklər, təhsil sahəsində ulu öndərin təşəbbüsü ilə əsası qoyulan inkişaf strategiyası barədə yazdığı məqaləsini təqdim edirik. “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi […]

Elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib. İnstitutun elmi tədqiqat qrupunun görüşündə qrup üzvləri “Məktəb məmnunluğu”,”Emosional tükənmişlik sindromu” (Burn out) məqalələrinin discussion hissəsini müzakirə ediblər, əldə edilmiş dataların analizini aparıblar və Doç.Dr.Seydi Ahmet Satıcı məqalənin […]

Uşaq İnkişafı və Psixologiyası Kursunun iştirakçıları üçün növbəti dərs baş tutub

07.05.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursunun 2-ci qrupunun iştirakçıları üçün növbəti CANLI dərs baş tutub. Pedaqogika üzrə fəlsəfə doktoru, korreksiya pedaqoqu, loqoped, beynəlxalq ekspert Lalə İmanova iştirakçılara nitq problemlərini yaradan səbəblər, nitq problemlərinin təsnifatı, nitq pozuntularının simptomatikası, şifahi və yazılı nitq qüsurları mövzularında məlumat verib. Daha sonra pedaqogika üzrə fəlsəfə […]

“Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilib. “Müasir Azərbaycan Psixoloqları” ictimai birliyinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, Ulu […]

Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib

04.05.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dillər Universitetinin Təhsildə sosial psixoloji xidmət ixtisasının ikinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, institutun mütəxəssisləri iştirak ediblər. Sədr Elnur Rustemov tələbələrə institunun fəaliyyəti, institutda aparılan elmi-tədqiqatlarla bağlı ətraflı məlumat […]

“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib

04.05.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib. Təlimdə məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Lamiyə Hüseynova “Stresin idarə edilməsi”, psixoloq Mətanət Əliyeva “Qısa müddətli həllmərkəzi terapiya” və klinik psixoloq Mələk […]

Elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib. Görüşdə institutun elmi tədqiqat qrupu ilə “High-School Satisfaction-Məktəbdən məmnunluq”, “İllionis bullinq”, “Burn-out-Emosional yanma sindromu” şkalalarının Azərbaycana adaptasiyasının və eynu adlı məqalələrin discussion hissələrinin müzakirəsini aparıblar. Daha sonra AMEA-nın […]

Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar

1 may tarixində Bakı Dövlət Universitetinin SABAH qruplarının Psixologiya üzrə III kurs (P021S) tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar. Xüsusi psixologiya fənni çərçivəsində təşkil edilmiş görüşdə tələbələr institutun Beyin və Davranış laboratoriyasında aparılan psixokorreksiya metodları ilə tanış olublar və laboratoriyanın baş mütəxəssisi Səyanə Əliyeva onlara müasir psixoloji cihazların işləmə mexanizmləri barədə məlumat verib. Tələbələr həmçinin Neurofeedback […]

İnstitutun əməkdaşları ilə görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinə yeni direktor təyin olunub.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun əməkdaşları ilə görüş keçirib.Sədr qeyd edib ki, institutda indiyədək elmi fəaliyyətlə yanaşı, psixoloji xidmət də yüksək səviyyədə həyata keçirilib. Elnur Rüstəmov vurğulayıb ki, hazırda institutun qarşısında duran prioritet istiqamətlərdən biri […]

“Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Ailə psixoterapiyasında metaforik assosiativ kartların istifadəsi” mövzusunda dərs keçib. Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Ailə psixologiyası” kursuna ailə psixoloqu olmaq istəyən və ailə psixoterapiyasını öyrənmək istəyən şəxslər qoşula bilərlər. 450 […]

Prof.Dr.Mehmet Engin Deniz ilə görüş keçirilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Türkiyənin Yıldız Teknik Universitetinin Təhsil fakültəsinin dekanı, Prof.Dr.Mehmet Engin Deniz görüş keçiriblər. Görüşdə birgə əməkdaşlıq çərçivəsində davan edən ixtisasartırma kursları, elmi-tədqiqat işləri, layihələr müzakirə olunub. Sədr Elnur Rüstəmov yekunlaşdırılmış və hazırda davam edən ixtisasartırma kurslarının Azərbaycanda yeni kadrların inkişafında olduqca uğurla nəticələndiyini qeyd edib. […]

Online Qeydiyyat