Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar

1 may tarixində Bakı Dövlət Universitetinin SABAH qruplarının Psixologiya üzrə III kurs (P021S) tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar. Xüsusi psixologiya fənni çərçivəsində təşkil edilmiş görüşdə tələbələr institutun Beyin və Davranış laboratoriyasında aparılan psixokorreksiya metodları ilə tanış olublar və laboratoriyanın baş mütəxəssisi Səyanə Əliyeva onlara müasir psixoloji cihazların işləmə mexanizmləri barədə məlumat verib. Tələbələr həmçinin Neurofeedback […]

İnstitutun əməkdaşları ilə görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinə yeni direktor təyin olunub.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun əməkdaşları ilə görüş keçirib.Sədr qeyd edib ki, institutda indiyədək elmi fəaliyyətlə yanaşı, psixoloji xidmət də yüksək səviyyədə həyata keçirilib. Elnur Rüstəmov vurğulayıb ki, hazırda institutun qarşısında duran prioritet istiqamətlərdən biri […]

“Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva “Ailə psixoterapiyasında metaforik assosiativ kartların istifadəsi” mövzusunda dərs keçib. Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Ailə psixologiyası” kursuna ailə psixoloqu olmaq istəyən və ailə psixoterapiyasını öyrənmək istəyən şəxslər qoşula bilərlər. 450 […]

Prof.Dr.Mehmet Engin Deniz ilə görüş keçirilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Türkiyənin Yıldız Teknik Universitetinin Təhsil fakültəsinin dekanı, Prof.Dr.Mehmet Engin Deniz görüş keçiriblər. Görüşdə birgə əməkdaşlıq çərçivəsində davan edən ixtisasartırma kursları, elmi-tədqiqat işləri, layihələr müzakirə olunub. Sədr Elnur Rüstəmov yekunlaşdırılmış və hazırda davam edən ixtisasartırma kurslarının Azərbaycanda yeni kadrların inkişafında olduqca uğurla nəticələndiyini qeyd edib. […]

Uşaq Psixologiyası və İnkişafı kursunun birinci qrupunun sertifikat təqdimatı həyata keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq Psixologiyası və İnkişafı kursunun birinci qrupunun sertifikat təqdimatı həyata keçirilib. PhD Elnur Rüstəmov 162 saat təşkil edən Uşaq Psixologiyası və İnkişafı kursunun yeni kadrların hazırlanmasında olduqca faydalı kurs olduğundan bəhs edib. Kursu uğurla başa vuran iştirakçıları təbrik edib. Daha sonra Prof.Dr.Mehmet Engin Deniz keçirilən kurs barədə ümumi məlumat verib.Psixologiya […]

“Ailə psixologiyası” kursunun ilk dərsi baş tutub

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Ailə psixologiyası” kursunun ilk dərsi baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov açılış nitqində “Ailə Psixologiyası” kursu haqqında məlumat verib. Elnur Rüstəmov qeyd edib ki, bu kurs ölkəmizdə peşəkar ailə psixoloqu kadrlarının hazırlanmasına töhfə verir. Sədr həmçinin qeyd edib ki, Azərbaycanda getdikcə ailə psixoloqlarına daha […]

Elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib. Görüşdə aparılan tədqiqat işi təhlil edilib, əldə olunan araşdırmanın statistik göstəriciləri müzakirə olunub.

“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib

25.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.Təlim institutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova tərəfindən aparılıb. Məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq […]

VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq keçirilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun Yaş və inkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova 21-23 aprel tarixlərində Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq günlərində […]

“MEDİAlab” layihəsi çərçivəsində silsilə təlimlər davam edir

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün “MEDİAlab” layihəsi çərçivəsində silsilə təlimlər davam edir.Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, […]

Astarada VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq günləri keçirilir

Aprelin 22-də Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq günləri işə başlayıb. AZƏRTAC xəbər verir ki, açılış mərasimində hər iki tədbirin təşkilat komitəsinin rəhbəri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının idarə heyətinin sədri, Dövlət Gömrük Komitəsi […]

Uşaq İnkişafı və Psixologiyası Kursunun növbəti CANLI dərsi baş tutub

23 apreldə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursunun 2-ci qrupu üçün növbəti CANLI dərs baş tutub. Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva iştirakçılarla uşaqlarda psixoloji inkişaf, uşaqlarda sosial və emosional inkişaf, uşaqlarda inkişaf pozuntuları və uşaqlarda davranış pozuntuları mövzularında zəngin bilik və təcrübəsini bölüşüb. Eyni zamanda, neyropsixoloji məşqlər, “Life Kinetik”, “Attentioner”, […]

Online Qeydiyyat