VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq keçirilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun Yaş və inkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova 21-23 aprel tarixlərində Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş VI Azərbaycan-Alman-Türk tibb konqresi və VIII Bakı beynəlxalq tibbi treninq günlərində iştirak ediblər.

Konqresə yerli və əcnəbi məruzəçilər, eyni zamanda, Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin nümayəndələri, bölgələrdə fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb heyəti və digər şəxslər qatılıblar.

Online Qeydiyyat