“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib

25.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.Təlim institutunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova tərəfindən aparılıb. Məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Mətanət Əliyeva “Metaforik Assosiativ Kartlar” və psixoloq Ülviyyə Nəhmətova “Zəif nəticə göstərən üstün zəkalı uşaqlar” mövzusunu tədris ediblər.

Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.

Online Qeydiyyat