YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin dəvəti və təşkilatçılığı ilə “Ailə Psixologiyası” adlı vebinar baş tutmuşdur.
03.03.2021 tarixində YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin dəvəti və təşkilatçılığı ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyevanın təqdimatında “Ailə Psixologiyası” adlı vebinar baş tutmuşdur. Zoom platforması üzərindən həyata keçirilən vebinarda Hökümə xanım mövzu üzrə çıxış edərək ailə psixologiyası […]
Tələbə Təcrübə Proqramı – ilk görüş
01.03.2021 tarixində Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən IV kurs tələbələri ilə ilk görüş baş tutdu. Görüşdə Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, təcrübə qrupunun koordinatoru Leyla […]
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneği arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Dəyərli izləyicilərimiz, sizinlə daha bir sevincimizi paylaşmaq istəyirik. 25.02.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneği arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun məqsədi hər iki ölkədə psixoloji xidmət səviyyəsinin yüksəldilməsini rəhbər tutaraq birgə əməkdaşlıq çərçivəsində akademik psixologiya sahəsində konfransların, superviziya və təlimlərin keçirilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmətin inkişafı, bu sahədə peşəkar kadr […]
Müsahibə – “Ailədə istismara məruz qalma gəncləri intihara sövq edir…”
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun adalet.az-a verdiyi müsahibəni sizlərə təqdim edirik. Son dövrlər intiharların sayı ölkəmizdə həddən artıq çoxalıb. İntihara meyillilik nədəndir? Daha çox kimlər intihara cəhd edirlər? Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikirlərini öyrəndik. -Elnur müəllim, intihardan danışaq… -İntihar və intihar cəhdinin gənc yaşlarda daha çox olmasının səbəbi, […]
Müsahibə – “İntihar halları artır ! – Necə mübarizə aparılmalı?” – Psixoloqdan izah
İntihar halları artır ! – Necə mübarizə aparılmalı? – Psixoloqdan izah Vəziyyəti “Sherg.az”a şərh edən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayevin sözlərinə görə, intihara səbəb ola biləcək müxtəlif amillər var: “Əlbəttə, bioloji, sosioloji məqamlar da az deyil. Amma indiki halda bizi maraqlandıran psixoloji faktorlardır. Əvvəlcə onu deyim ki, konkret intihar hadisəsi haqqında […]
Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı tədris olunmağa başladı.
20.02.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Zoom platformasında Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı tədris olunmağa başladı. Qeyd edək ki, nəzəriyyə və praktikanı özündə birləşdirən 65 saatlıq təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunur. […]
“Ailə Psixologiyası” Kursu uğurla başa çatdı.
18.02.2021 tarixində institutumuzda daha bir kurs proqramımızın sonuna gəldik. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Ailə Psixologiyası Kursu uğurla başa çatdı. Nəzəriyyə və praktikanı özündə birləşdirməklə 20 saatlıq proqramı əhatə edən və 10 modul üzrə davam edən kurs bir-birindən maraqlı dərslər, praktik […]
“Klinik psixologiya” kursu (Modul 1)
16.02.2021 tarixində növbəti kursumuza start verdik. Klinik Psixologiya Kursunun ilk modulu Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olundu. Kurs proqramı çərçivəsində ilk modulun uğurlu tədrisi üçün əməkdaşımız Nuranə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik!
“Ailə Psixologiyası” Kursu (Modul 8)
18.02.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında Ailə Psixologiyası Kursunun 8-ci modulu baş tutdu. Praktik əsaslı təşkil olunan 8-ci modulda iştirakçılarla ailə psixoterapiyasında istifadə olunan collage çalışması işlənildi, şəkillər üzərində psixoloji analiz aparıldı. İştirakçılar tərəfindən maraqla qarşılanan və onların aktivliyini təmin edən praktik dərs üçün Nərmin xanıma […]
“Uşaq psixopatologiyası ( DSM-5 üzrə )” kursunun məzununa Sertifikat təqdim edildi .
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri , psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi “Uşaq psixopatologiyası ( DSM-5 üzrə )” kursunun məzununa Sertifikat təqdim edildi . Yüksək peşəkarlıqla tədris olunan kurs üçün Nərmin xanıma təşəkkürümüzü bildirir , kurs iştirakçımıza uğurlar və kursda öyrəndiklərini öz təcrübəsində uğurla […]
Məktəb psixoloqları üçün “Yeniyetmələrlə sağlam və effektiv ünsiyyət” vebinarı
Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir. 13.02.2021 tarixində məktəb psixoloqları üçün Microsoft Teams platforması üzərindən növbəti vebinarımız baş tutdu. 2 saat davam edən vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilovanın təqdimatında keçirildi, “Yeniyetmələrlə sağlam və effektiv ünsiyyət” mövzusuna həsr olundu. İştirakçıların […]
Müsahibə – “Qələbə qazanmış hər bir hərbçi mütləq sağalmalı və rahat həyatına geri dönməlidir”
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov müsahibə verib. Aztibb.az müsahibəni təqdim edir: – Nazirlər Kabinetinin hərbçilərə və şəhid ailələrinə psixoloji yardımla bağlı Qərarına uyğun olaraq hansı işlər həyata keçirilir? Müraciətlər əsasən hansı şikayətlərlə bağlı olur və hansı müalicə üsullarından istifadə edilir? – İlk növbədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarın vacibliyini qeyd etmək istəyirəm. Bildiyimiz kimi, təqribən […]