Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneği arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Dəyərli izləyicilərimiz, sizinlə daha bir sevincimizi paylaşmaq istəyirik.

25.02.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneği arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandumun məqsədi hər iki ölkədə psixoloji xidmət səviyyəsinin yüksəldilməsini rəhbər tutaraq birgə əməkdaşlıq çərçivəsində akademik psixologiya sahəsində konfransların, superviziya və təlimlərin keçirilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmətin inkişafı, bu sahədə peşəkar kadr hazırlığının həyata keçirilməsidir.

Hər iki ölkədə psixologiyanın inkişafı adına atılan imzalar psixologiyanın inkişafı istiqamətində atılan uğurlu addımlardan biridir.

Hər iki qardaş ölkə üçün uğurlu olmasını arzu edirik!

Online Qeydiyyat