Tələbə Təcrübə Proqramı – ilk görüş

01.03.2021 tarixində Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən IV kurs tələbələri ilə ilk görüş baş tutdu.

Görüşdə Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyeva, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, təcrübə qrupunun koordinatoru Leyla Əliyeva iştirak edərək tələbələrə təcrübə proqramı haqqında ətraflı məlumat verib həmçinin onları Psixologiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri ilə yaxından tanış etdilər.

Qeyd edək ki, həmin tələbələr önümüzdəki 3 ay müddətində institutumuzda aktiv təcrübəyə davam edəcəklər.

Təcrübə proqramına əsasən 02.03.2021 tarixində təcrübəçi tələbələr üçün ilk təlim baş tutdu.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında keçirilən təlimin mövzusu “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” idi.

Nərmin xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı.

Nərmin xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.

Online Qeydiyyat