“Ailə Psixologiyası” Kursu uğurla başa çatdı.

18.02.2021 tarixində institutumuzda daha bir kurs proqramımızın sonuna gəldik.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Ailə Psixologiyası Kursu uğurla başa çatdı.

Nəzəriyyə və praktikanı özündə birləşdirməklə 20 saatlıq proqramı əhatə edən və 10 modul üzrə davam edən kurs bir-birindən maraqlı dərslər, praktik çalışmalarla yadda qaldı.

Davam edən dərslər boyu iştiraçılar kurs materialları ilə təmin olundular, sonda isə onlara Sertifikat təqdim edildi, xatirə fotoları çəkildi.

Məzunlarımız Ailə Psixologiyası Kursu ilə bağlı məmnuniyyət rəylərini bizimlə bölüşdülər.

Uğurla tədris olunan kurs üçün sədr Elnur Rüstəmov və psixoloq Nərmin Quliyevaya dərin təşəkkürümüzü bildirir, məzunlarımıza kursda öyrəndiklərini öz təcrübələrində uğurla tətbiq etməyi arzu edirik!

Növbəti kurslarımızda da sizi görməkdən məmnunluq duyarıq!

Online Qeydiyyat