Məktəb psixoloqları üçün “Yeniyetmələrlə sağlam və effektiv ünsiyyət” vebinarı

Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir.

13.02.2021 tarixində məktəb psixoloqları üçün Microsoft Teams platforması üzərindən növbəti vebinarımız baş tutdu.

2 saat davam edən vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, klinik psixoloq Nərmin Xəlilovanın təqdimatında keçirildi, “Yeniyetmələrlə sağlam və effektiv ünsiyyət” mövzusuna həsr olundu.

İştirakçıların məmnuniyyət dolu təəssüratlarına səbəb olan vebinar üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına növbəti vebinarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik!

Online Qeydiyyat