Peşəkar Psixoloq Təcrübə Proqramı – 8

3 ay müddətində davam edən “Peşəkar Psixoloq Təcrübə Proqramı – 8” uğurla başa çatdı. Qeyd edək ki, proqram Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında tədris olundu. Kursda iştirak edən hər kəs təcrübə proqramı ilə bağlı öz xoş təəssüratlarını və 3 ay müddətindəki xoş xatirələrini bizimlə bölüşdü, Psixologiya Elmi-Tədqiqat […]

Yıldız Teknik Universitetinin Eğitim fakültəsinin dekanı prof. Mehmet Engiz Deniz Psixologiya Elmi-Tədqiqat İnstitutunda olmuşdur

Bu gün Yıldız Teknik Universitetinin Eğitim fakültəsinin dekanı prof. Mehmet Engiz Deniz Psixologiya Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Görüşdə Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi Direktoru professor Bəxtiyar Əliyev və Psixologiya Elmi – Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da iştirak etmişdir.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov İnstitutun fəaliyyəti, Yıldız Teknik Universiteti və […]

KOQNİTİV DAVRANIŞ TERAPİYASI ONLİNE SİMPOZİUM!

Simpozium Zoom platforması vasitəsi ilə 9 Aprel 2022 saat 18.00-21:00 da həyata keçiriləcəkdir. Təlimçilər- Doç.Dt.Murat Artıran, Prof.Dr.Zeynep Karataş, Dr. Ezgi İldirım Özcan və Uzm. Psikolojik Dan. Hasan Mehmet Artıran. Simpoziuma qatılmaq ÖDƏNİŞSİZDİR. Öncədən qeydiyyat mütləqdir! Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil / what’s App)

Koqnitiv Bihevioral Terapiya ilə bağlı təlimlər, superviziyalar, tədqiqatlar və simpoziumların təşkil olunması barədə müzakirələr aparıldı

Mərkəzi New Yorkda yerləşən Albert Ellis İnstitutunun təlimçisi, Albert Ellis İnstitutu səlahiyyətli Türkiyə Psixoterapiya və Yetişdirmə Mərkəzinin direktoru doç. Murat Artıran, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova arasında görüş baş tutdu. Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində artıq CBT məktəbi fəaliyyət göstərəcək. Həmçinin, görüşdə ən yaxın […]

Valideyn-uşaq münasibətləri ilə bağlı təsnifat və bölgülər

 Hamımızın bildiyi kimi həyatın ilk illəri inkişaf üçün əvəzsiz bir dövrdür və valideynlərin bu dövrdə oynadığı rol çox böyükdür. Valideynlər uşaqlarını hələ körpəlikdən idarə etdikləri üçün onlar uşaqlarına həmyaşıdları ilə münasibətlərindən tutmuş təhsildə müvəffəqiyyətinə qədər müxtəlif sahələrdəki bacarıqları üzərində həm keçici, həm də qalıcı təsirləri göstərə bilər. Uşaqları üçün mümkün olan ən yaxşı nəticəni təmin […]

Fəaliyyət prosesində koqnitiv funksiyalar və ona təsir edən emosional amillər: qavrayış və diqqət

Açar sözlər: koqnitiv, emosional, özünüdərk prosesi, fərd, obyekt, subyekt, şəxsiyyət İnsan psixikası koqnitiv və emosional başlanğıcların sintezindən ibarətdir. Onların bir-birindən təcrid olunaraq öyrəniləsi çətindir. Çünki onlar bir bütünün ayrılmaz inteqrativ hissələridirlər. Lakin onları ayrı-ayrılıqda öyrənmədən bir araya gətirmək mümkün deyildir. Koqnitiv psixologiyanın XX əsrin ortalarından sonra meydana çıxma səbəbləri bununla bağlıdır (50–60-cı illər ABŞ bihevioristləri […]

Həkim peşə fəaliyyətinin sosial-psixoloji xüsusiyyətləri

Açar sözlər: həkim, peşə fəaliyyəti, stress Həkim peşəsi ən ali, önəmli, məsuliyyətli və xeyirli peşə sahəsidir, belə ki həkimin cüzi bir səhvi ilə insan həyatını tamamilə itirə bilər. Başqa peşə sahələrində xəstə özü də məsuliyyət daşımasına baxmayaraq, bu sahədə məsuliyyəti daha çox həkim daşıyır. Bütün bunlarla bərabər həkim fəaliyyətinin sosial-psixoloji cəhətləri yerli və xarici elmi […]

Müasir cəmiyyətdə vitual düşüncənin ailənin sosial-psixoloji mühitinə təsiri

Açar sözlər: müasir cəmiyyət, ailə, informasiya, internet virtual düşüncə. Bəşəriyyət artıq öz inkişafının yeni informasiya mərhələsinə daxil olub və biz informasiya cəmiyyətində yaşayıb yaradırıq. Bu gün müasir cəmiyyəti kütləvi informasiya vasitələri olmadan təsəvvür etmək mümkün deyil. Müasir cəmiyyət dedikdə biz İKT-nin (İnformasiya Kommunikasiya Texnologiyaları) inkişaf etdiyi, demokratik cəmiyyət başa düşünürük. Qloballaşan dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının […]

“Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda dinləmə keçirilib

Martın 3-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda dinləmə keçirilib.Tədbiri açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ailə dəyərlərinə, milli-mənəvi dəyərlərə böyük önəm […]

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqlarına sertifikat təqdim edilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimdə iştirak edən məktəb psixoloqlarına sertifikat təqdim edilmişdir. İmtahandan yüksək bal yığmış iştirakçılara fərqlənmə sertifikatı və kitablar təqdim edilmişdir. Qeyd edək ki, Təlimçi Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, psixoloq Ülviyyə Nəhmətova və Mətanət Əliyeva olmuşdur. Təlimlərdə 1 ay müddətində 2 qrup olmaqlar hər […]

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA kursu

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA kursu 450 saatlıq proqram həftədə 2 dəfə 6 saat olmaqla 6 ay müddətində davam edəcək. Proqrama daxildir: Ailə Təhsili;Ailə Təliminin Tədris Problemləri;Pozitiv Psixologiya;Psixopatologiya;Ailə Psixoterapiyası Nəzəriyyələri;Ailə Sağlamlığı;Uşaqda Davranış Pozuntuları;Valideyn Bacarıqları;Xüsusi qayğıya ehtiyacı olan uşağı olan ailələr;Psixoloji Konsultasiya Prinsipləri və Texnikaları;Koqnitiv-Bihevioral Ailə Psixoterapiyası;Həll Mərkəzli Ailə Psixoterapiyası;Ailə Psixoterapiyası Prosesi;Ailə Psixoterapiyasında Superviziya;Ailə Hüququ;Uşaq Hüquqları və Qanunu; Ailədə […]

Təcrübə proqramına əsasən təcrübəçi tələbələr üçün təlim baş tutdu

Təcrübə proqramına əsasən 04.03.2022 tarixində təcrübəçi tələbələr üçün təlim baş tutdu. Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşıları, psixoloq Emilya Nəsibova və Rüstəm Kərimovun təqdimatında qrup terapiyası keçirildi. Rüstəm bəy və Emilya xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı. Uşaq bölməsində olan praktikantlar […]

Online Qeydiyyat