Fəaliyyət prosesində koqnitiv funksiyalar və ona təsir edən emosional amillər: qavrayış və diqqət

Açar sözlər: koqnitiv, emosional, özünüdərk prosesi, fərd, obyekt, subyekt, şəxsiyyət

İnsan psixikası koqnitiv və emosional başlanğıcların sintezindən ibarətdir. Onların bir-birindən təcrid olunaraq öyrəniləsi çətindir. Çünki onlar bir bütünün ayrılmaz inteqrativ hissələridirlər. Lakin onları ayrı-ayrılıqda öyrənmədən bir araya gətirmək mümkün deyildir. Koqnitiv psixologiyanın XX əsrin ortalarından sonra meydana çıxma səbəbləri bununla bağlıdır (50–60-cı illər ABŞ bihevioristləri E.Qatri, E.Tolmen). Onun da bir neçə istiqamətləri formalaşmışdır:

1. Jan Piajenin genetik psixologiyası

2. Koqnitiv psixologiya – U.Naysser, C.Bruner, D.Miller

3. İntellekt nəzəriyyəsi – C.Qilford, Ç.Spirmen, R.Stenberq, R.Kettel, L.Terstoun.

4. Konstruk nəzəriyyəsi – C.Kelli

5. Neyrolinqvistik proqramlaşdırma – D.Qrinder, R.Bendler

Koqnitiv tədqiqatlar inkişaf etdikcə, bir elm sahəsinin sahəsindən kənara çıxır. Çünki ABŞ psixoloqu U.Naysserin freym nəzəriyyəsi göstərdi ki, fərd öz hiss orqanları ilə ayrı-ayrı detalları deyil, tam mənzərini (freym) qəbul edir və yaddaşda saxlanılan freymlər özünü fərdin davranışlarında reallaşdırır. Lakin koqnitiv araşdırmalar nəticəsində məlum oldu ki, fərd hisslər vasitəsilə qəbul etdiyi informasiyaların koqnitiv sxemlərə çevrilməsi və mental əməliyyatların reallaşması prosesində birbaşa iştirak etmir. Çünki bu proseslərin bir qismi onun koqnitiv imkanlarının və şüur proseslərinin fövqündə baş verir. Buna görə də psixoloqlar burada dərk olunan şüurlu koqnitiv proseslərlə dərk olunmayan koqnitiv şüurüstü prosesləri bir- birindən ayırırlar. Koqnitiv şüurüstü proseslər şüurlu koqnitiv proseslərdən fərqli olaraq mürəkkəb informasiyaları paralel şəkildə daha sürətlə həll edirlər. Koqnitiv proseslərin tədqiqi nəinki koqnitiv psixologiya və ümumi psixologiya çərçivəsində, ümumiyyətlə, müxtəlif elmlərin kəsişməsində belə çox mürəkkəb bir məsələdir. Buna görə də bir çox idrak problemləri ilə bağlı olan elm sahələrinin əlaqəsindən müasir “koqnitiv elm” sahəsi meydana çıxmışdır.1. Koqnitiv inkişafı səciyyələndirən amillərKoqnitiv inkişaf təfəkkür, təxəyyül, qavrayış, yaddaş, diqqət və digər amillərlə bağlıdır. Bunlar insanın ətraf mühitlə əlaqəsini, ona verdiyi psixoloji reaksiyanı, şüurda formalaşdırdıqları struktur və mexanizmi (E.Tolmenə görə “daxili koqnitiv xəritəni”) təmin edirlər. Çünki onlar ətraf mühitin şüurda sadə inikası deyil, şüurun təcrübə vasitəsilə ətraf mühitə təsirini təmin edən amillərdir. İnsanlar obyektiv şəkildə mövcud olan problemlərin həlli ilə məşğul olarkən müxtəlif deduktiv fərziyyələr irəli sürür və onları praktikada yoxladıqdan sonra öz koqnitiv inkişaf dinamikasını təmin edirlər (K.Popperin “tənqidi rasionalizmi”). Obyektiv sosial mühit bizim üçün yaratdığı problemlərlə koqnitiv inkişaf dinamikasının davam etməsinə şərait yaradır. Çünki obyektiv sosial mühitin özünün koqnitiv inkişafın nəticəsində transformasiyasına da ehtiyac vardır. Bu transformasiyalar heyvanlar aləmində baş vermədiyi (və ya çox güc baş verir) üçün, təbiət sabit dinamika ilə təkamül edir. Lakin cəmiyyətdə sosial transformasiyalara mane olan sosial stereotiplər koqnitiv inkişafa da mane olurlar. Çünki stereotiplər ortaya çıxan problemin həllində konkret fərdi deyil, əsrlərlə formalaşan ənənəvi mexanizmi təmsil edirlər.Mühit informasiya baxımından nə qədər yüklənirsə, koqnitiv amillər də bir o qədər fəallaşır. Müasir dövrdə İKT-nın inkişafı və geniş yayılması, dünyada koqnitiv amillərin də fəallaşmasına və mürəkkəbləşməsinə şərait yaradır. Yeni yaradılan süni intellekt insan intellektinə alternativ kimi ortaya çıxır. Buna görə də psixoloqlar yeni postkoqnitivizm mərhələsinin başlamasından bəhs edir və insanın psixikasının və ya beyninin təsvirində “kompüter metaforası”dan istifadə edirlər. Bu “kompüter metaforası” “informasiya metaforası”, “süni intellekt” nəzəriyyə və modellərinin meydana çıxmasına şərait yaratmışdır.Biz fəaliyyət prosesindən bəhs edəndə, psixi prosesləri əhatə edən fəaliyyəti nəzərdə tuturuq. Bu psixi prosesləri hərəkətə gətirən mexanizmlər motiv, məqsəd və əməliyyatlardır. Qərar qəbuletmə, onu reallaşdırıb nəzarət altına alma koqnitiv fəaliyyətin xarakterini müəyyənləşdirir. Əslində, bu fəaliyyət formaları xarakterindən asılı olmayaraq, koqnitiv xarakter daşıyır. İnsan fəaliyyətinin mərkəzi beyin olduğu üçün koqnitiv funksiyaların fövqündə hər hansı bir fəaliyyət növündən bəhs etmək doğru deyildir. Biz nəzərə alsaq ki, bütün koqnitiv funksiyalar vahid mexanizmin elementləri kimi çıxış edirlər, o zaman müxtəlif fəaliyyətləri də vahid beyin mexanizminin növləri kimi dəyərləndirə bilərik. “Fəaliyyət prosesi” bir anlayış kimi, müstəqil psixoloji tədqiqat obyekti olsa da, onu koqnitiv və emosional amillərin fövqündə araşdırmaq mümkün deyildir. Çünki istənilən fəaliyyətin strukturunu təşkil edən motivasiya, məqsəd və əməliyyat birbaşa fərdin psixikasını formalaşdıran koqnitiv və emosional xüsusiyyətlər ilə bağlıdır. Psixika ilə fəaliyyəti bir-birindən təcrid edən bir çox psixologiya məktəblərinin (biheviorizm, neobiheviorizm, introspektiv psixologiya, geştalt psixologiya) müvafiq nəzəriyyələri artıq öz aktuallığını itirir.Psixika ilə fəaliyyətin bir-biri ilə üzvi bağlılığı fərdin ehtiyacından irəli gəlir. İstənilən ehtiyac, fərdi fəaliyyətə təhrik edir və fəaliyyətdən öncə koqnitiv və emosional amillər (motivasiya, məqsəd) inteqrativ şəkildə özünü büruzə verir. Bu baxımdan, şərti olaraq fəaliyyətöncəsi koqnitiv və emosional amilləri fəaliyyətin daxili forması, onun praktiki reallaşmasını isə fəaliyyətin xarici forması hesab etmək olar. Hətta heyvanlarda da bu mexanizm özünü instinktlər səviyyəsində təsdiq edir. Lakin onlardan fərqli olaraq, insan öz fəaliyyətini koqnitiv şəkildə idarə edir. O, sosial şüurlu varlıq kimi, fəaliyyətin müxtəlif formaları arasında (daxili və xarici) tranzit rolunu oynayır. Subyektivlik də buradan irəli gəlir. Çünki koqnitiv və emosional amillərin qarşılıqlı əlaqəsi çox mürəkkəb və təkrarolunmaz struktura malikdir. Bu baxımdan, fəaliyyət prosesinin psixikadan kənarda tədqiq olunması yanlış olduğu kimi, koqnitiv və emosional amillərin bir-birindən təcrid olunmuş şəkildə araşdırılması doğru deyildir.Fəaliyyətin koqnitiv növlərinə aşağıdakılar aid edilə bilər:– körpənin öz valideynləri ilə birbaşa ünsiyyəti (bu, onların koqnitiv inkişafını təmin edir);– ilkin uşaqlıq dövründə olan uşaqların ətrafdakı əşyalarla münasibətlər sistemi (əşyaları öz təyinatına görə istifadə etməsi və onlarla manipulyasiya etməsi); – məktəbəqədər uşaqların süjet-rol oyunları (gender rollarının ortaya çıxması);– məktəblilərin təlim fəaliyyəti (nəzəri-praktiki koqnitiv funksiyaların fəallaşması);– gənclərin peşə-təhsil fəaliyyəti (koqnitiv imkanların müəyyənləşməsi və istiqamətlənməsi).Koqnitiv inkişafda mühüm rol oynayan funksiyalar insanın fəaliyyətinin forma və məzmununu təşkil edir. Onlar bir-birinə alqoritm şəklində bağlı olan inteqrativ funksiyalardır. Bu funksiyalar koqnitiv psixologiya çərçivəsində araşdırılır.Fəaliyyət prosesində koqnitiv inkişafda mühüm rol oynayan funksiyalar aşağıdakılardır:eşitmə, toxunma, iybilmə, dadbilmə, kinestetik(hərəkət halında) maddənin mövcudluq formalarına (zaman, məkan və hərəkət), psixi fəallığa (qəsdli və qəsdsiz) və strukturuna (ani və suksessiv-davamlı) görə bir neçə növə bölünür.Əksər hallarda şüurüstü şəkildə əşyalar əlamətlərinə müvafiq olaraq müxtəlif kateqoriyalara qavrayış vasitəsilə bölünürlər (C.Brunerin perseptiv fərziyyələr nəzəriyyəsi). Bu prosesin davamlı və davamsız (diskrekt) olması, həmin əşyaların bizəKoqnitiv psixologiyanın məşğul olduğu sahələr və koqnitiv funksiyalar 2. Qavrayış – koqnitiv və emosional funksiyaların kəsişməsindəQavrayış – koqnitiv inkişaf prosesinin ilkin və mühüm funksiyasıdır. Qavrayış, aparıcı analizatorlara (görmə)olan məsafəsindən (Q.Fexner) və ya həmin əşyaları qavrayan fərdin fiziki-psixoloji durumundan asılıdır (Müller). Bu iki yanaşma, bu günədək bir çox nəzəriyyələrin meydana çıxmasına baxmayaraq, mübahisə mövzusu olaraq qalır. Lakin, qavrayış prosesində hər iki amilin varlığı nəzərə alınmadan vahid bir nəticəyə gəlmək mümkün deyildir. Eksperimentlər göstərir ki, qavrayışın səviyyəsi predmetə yönələn diqqətin səviyyəsindən asılıdır. Diqqət nə qədər yüksək olarsa, qavrayış səviyyəsi də bir o qədər yüksək olar.3. Diqqət – koqnitiv və emosional funksiyaların kəsişməsindəDiqqət – zəkanın dinamik inkişafını təmin edən, informasiya seçimində mühüm rol oynayan, psixi fəaliyyəti konkret obyektə yönəldən və onun üzərində təmərküzləşdirən, ətraf aləmi dərk etməyə yardım edən koqnitiv və emosional amildir. O, öz funksiyaları ilə (siqnala reaksiya, gümrahlıq, axtarış, psixi enerjinin cəmlənməsi və ya bərabər bölünməsi) məcburi, ixtiyari və fəaliyyətdən sonrakı mexanizmlərə bölünür. Məcburi diqqət passiv xarakterlidir. Çünki bu diqqət üçün az psixi enerji sərf olunur (məsələn, reklamlar, şoular). İxtiyari diqqət isə aktivdir. Çünki onun üçün koqnitiv enerji resursları daha çox tələb olunur. Məsələn, hər hansı bir riyazi məsələnin həlli ixtiyari olaraq çoxlu diqqət tələb edir. Əgər bu cür məsələlərin həlli adət şəkli alırsa, onlara sərf olunan diqqət azalır. Buna görə də onları fəaliyyətdən sontakı diqqət kimi səciyyələndirirlər.İ.Pavlova görə, diqqət beyində şərti refleksin qıcıqlanması nəticəsində meydana çıxdığı ərəfədə, beyinin digər funksiyalarını məhdudlaşdırır və psixi fəaliyyəti bir nöqtəyə yönəldir. Uxtomskiyə görə, o, meydana çıxdığı ərəfədə beyində digər qıcıqlanma mərkəzlərinin enerjisini məhdudlaşdıra bilən və eyni zamanda onları özünə cəlb etmək iqtidarında olan dominant qıcıqlanmadır. Diqqətin kəskinliyi o zaman artır ki, bioloji motivasiya ilə məqsəd bir araya gəlir (məsələn, aclıq, susuzluq hallarında).V.Ceyms araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, konkret bir obyektin üzərində diqqətin cəmlənməsi bacarığı intellektin mövcudluğuna işarə edir. Lakin bihevioristlər və bəzi geştalt psixologiya nümayəndələri bununla razılaşmayıblar. Diqqətin qavrayış və hisslərlə bağlı olduğunu sübut etməyə çalışanlarla yanaşı, bu fikri qəbul etməyən psixoloqlar da vardır. Diqqət ilə bağlı irəli sürülən fərziyyələr çoxdur. Bu fərziyyələrdə diqqət – daxili mexanizmin (İ.Qerbert, U.Hamilton), qavrayışın, emosiyanın (T.Ribo), beyində qıcıqlandırıcı mənbənin nəticəsi və ya təfəkkürü məhdudlaşdırıcı, hərəkətverici amil kimi dəyərləndirilir. Əslində, bu yanaşmaların bir çoxu öz mahiyyəti etibarı ilə bir-birinə ziddir.Aparılan araşdırmalar göstərir ki, diqqətin üç əsas növü vardır:– selektiv diqqət;– əqli cəhd nəticəsində meydana çıxan diqqət və ya diqqət resursların bölüşdürülməsi kimi;– qavrayış nəticəsində meydana çıxan diqqət.D.Brodbent tərəfindən əsası qoyulan selektiv diqqət amili fərdin müxtəlif obyektlər arasında (səs, əşya, informasiya və s.) onlardan birini seçməsi ilə bağlıdır. Ətraf mühitdən sensor reseptorlarına daxil olan informasiya qısamüddətli yaddaşa və oradan da filtrə ötürülür. İnformasiya qısamüddətli yaddaşda sistemləşdirildikdən sonra cari fəaliyyət məsələlərinin parametrləri ilə müəyyənləşən filtr vasitəsilə “təmizlənir.” Yəni selektiv diqqət, müxtəlif səslər içində bir səsi müəyyənləşdirmək üçün onu digərlərindən arındırmaq funksiyasını yerinə yetirir. Filtrdən keçən informasiya, növbəti mərhələdə informasiyanın yekun hazırlıq blokuna daxil olaraq sistemləşdirilir və oradan da uzunmüddətli yaddaşa ötürülür. Uzunmüddətli yaddaş əvvəlki informasiyaların “arxiv”i rolunda çıxış etməklə yanaşı, həm də diqqət filtrinin seçim prosesində tənzimləyici funksiyanı yerinə yetirir.Əqli cəhd nəticəsində meydana çıxan diqqət nəzəriyyəsi D.Kanemana aiddir. Burada əsas tədqiqat obyekti, diqqət enerjisinin müxtəlif obyektlərə bölünməsi mexanizminin müəyyənləşdirilməsidir. Bu tədqiqatın nəticələrinə görə, diqqət enerjisi məhdud olduğu üçün o, bütün obyektlərə bərabər şəkildə bölünə bilməz. Buna görə də beyində bölünmə mexanizmini yerinə yetirən müxtəlif bloklar vardır. Onlar cari məsələlərin həlli ilə bağlı olaraq müvafiq bloklara yönləndirilirlər və bunun nəticəsi olaraq əqli fəallıq səviyyəsini yüksəldirlər. Yəni əqli cəhd fərdin istəyi ilə deyil, bu mexanizmin işə düşməsi ilə meydana çıxır. Bu mexanizmi təmin edən blokların bir qismi məcburi diqqət, digəri isə ixtiyari diqqət mexanizmi ilə işə düşür. İxtiyari diqqət mexanizmi diqqəti müxtəlif cari məsələlərin həlinə görə bölür. Məcburi diqqət mexanizmi isə fərdin istəyi ilə cari məsələlərin həllinə yönəlir. Bu mexanizmlərin fəaliyyəti fərdin psixi və fizioloji sağlamlıq səviyyəsinə bağlıdır.U.Naysser informasiyanın həllində passiv və aktiv olmaqla iki mərhələnin olduğunu irəli sürür. Ona görə diqqət mexanizminin formalaşması və fəaliyyəti avtomatik olaraq qavrayışlarla bağlıdır. Lakin o, təlim nəticəsində də modifikasiya ola bilər. Yəni fərd, öz diqqət mexanizmini formalaşdırmaqla, özünü müəyyən informasiyaları qəbul etməyə və onlar arasında seçim etməyə hazırlaya bilər.Tədqiqatlar göstərir ki, diqqət mexanizmi fərdin sağlam və formalaşmış koqnitiv inkişaf səviyyəsi və əsəb sistemi ilə bağlıdır. Eksperimentlər göstərir ki, körpələr daha dağınıqdırlar. Onlar yaşlaşdıqca, diqqət səviyyəsi də artır. Çünki diqqət daha detallı və sistemli koqnitiv inkişaf səviyyəsi, formalaşmış əsəb sistemi tələb edir. Selektiv diqqətin zəifliyi yaşlı insanlarda da müşahidə olunur. Bu da onlarda koqnitiv inkişaf səviyyəsinin və əsəb sisteminin zəiflədiyini göstərir. Diqqətin sabitliyi Burdonun testi (hərflərlə) və Landoltun həlqə metodu vasitəsilə müəyyənləşdirilir. Diqqətin ötürülməsi və bölüşdürülməsi səviyyəsi isə Şult və Platonov-Şult cədvəlləri ilə öyrənilir. Diqqətin pozulması – dağınıqlıq, yayınma, hərəkətsizlik kimi halların ortaya çıxmasına səbəb olur.Diqqət – yalnız koqnitiv funksiya deyil, həmçinin emosional amildir. Xüsusilə emosional həyəcan amili diqqəti məhdudlaşdırır. Çünki həyəcan (pozitiv və ya neqativ) anında diqqəti həmin emosiyanı doğuran hadisə və ya obyektə yönəldən insanların diqqəti digər hadisə və obyektlərdən yayınır. Bu, özünü aparılan eksperimentlərlə təsdiq edir. D.Brodbentin eksperimenti buna misal ola bilər. Kompüter ekranında biri digərinin üstündə yerləşən iki söz verilmişdir. Sözlərdən biri mənaca təhdidedici (xəstəlik, bədbəxtlik və s.), digəri isə neytral (stul, kitab, dəsmal və s.) olmuşdur.İştirakçılar ekranda sözlərin birinin yerində nöqtə peyda olanda, dərhal düyməyə basmalı idilər. Onlar iki qrupa bölünmüşlər. Birinci qrupa aid olanlar digər qrupdakılardan fərqli olaraq, daha emosional-həyəcanlı tiplər idilər. Təhdidedici sözün yerində nöqtə peyda olanda düyməni basma müddəti qruplar arasında fərqli olmuşdur. Emosional qrupun reaksiyası digərlərindən fərqli olaraq daha zəif olmuşdur. Neytral sözün yerində nöqtə peyda olanda, hər iki qrupun reaksiyası eyni olmuşdur. Bu onu göstərmişdir ki, emosional insanlar təhdidedici sözlərə daha çox diqqət yetirdikləri üçün onların digərlərindən fərqli olaraq ona reaksiyaları zəifləyir (yəni daha gec reaksiya verirlər). Bu eksperiment emosiyanın diqqətə, yəni koqnitiv funksiyalara təsirini təsdiq edir.Yaxud emosiyanın diqqətə təsirini təsdiq edən digər oxşar eksperiment Strupa aiddir. Emosional və neytral məzmunlu bir neçə söz iştirakçılara təqdim olunmuşdur. İştirakçılar həmin sözləri oxumamaq şərti ilə, onların hansı rəngdə yazıldığını ifadə etməli idilər . Çoxsaylı eksperimentlərin nəticəsi göstərdi ki, emosional sözlər reaksiya müddətini gecikdirir. Çünki o, diqqəti məhdudlaşdırır və onu bir nöqtəyə cəlb edir.Nəticə: Qavrayış və diqqət kimi koqnitiv funksiyaların inkişafı emosional amillərin inkişafına bağlıdır. Emosional amillər kreativ təfəkkürün inkişafına şərait yaradır. Diqqətin funksiyalarının effektiv fəaliyyəti də emosional amillərə bağlıdır. Buna görə də insanın psixi fəaliyyətinin normal fəaliyyəti, koqnitiv və emosional amillərin qarşılıqlı əlaqəsindən asılıdır.

Ədəbiyyat:

1. Broadbent D.E., Broadbent M. Anxiety and attentional bias: State and trait // Cognition and Emotion. 1988. Vol.

2. s. 165-1832. Mathews A. Biases in emotional processing//The Psychologist: Bulletin of the British Psychological Society. 1993. Vol. 6. s. 493-499.

3. Джемс В. Научные основы пси- хологии. СПб., 1902. 375 c.

4. Наиссер У. Познание и реаль- ность. М.: Прогресс, 1981. 230 c.

5. Скотникова И.Г. Психология сенсорных процессов. Психо- физика // Современная психоло- гия: Справочное руководство. Под. ред. В.Н. Дружинина. М.: Инфра-М, 1999.

6. https://studbooks.net/1689859/ psihologiya/kognitivnaya_ psihologiya

7. http://www.no-stress.ru/Uchebn- iki/general-psych/Vnimanie.html

8. http://mionlegran.ru/index.php/ okh-uzh-eti-detki/vozrast-poche- muchki/74-vnimanie-kak-vazh- nyj-psikhicheskij-protsess

9. https://pro-psixology.ru/ obshhaya-psixologiya/1018-vni- manie-funkcii-vnimaniya-i-ego- raznovidnosti.html/7

10. https://xn–e1aogju.xn–p1ai/schema/ 24044-vidy-vosprijatija.html

Müəllif:

Gəncə Dövlət Univeristetinin doktorantı Telli Cabbarova

Online Qeydiyyat