Psixoloji nəfəs darlığı daha çox panik və həyəcan-təşviş pozuntusundan qaynaqlanır.

Təşviş zamanı çarpıntı və nəfəs darlığı müşahidə olunur. Fiziki olaraq heç bir narahatlığı olmayan, ancaq nəfəs ala bilməyən insanlara təmiz hava qəbul etmələri, bol su içmələri və sakit qalmağa çalışaraq bir şəkildə təmkinli olmaları məsləhət görülür. Yalnız bu şəkildə nəfəs darlığı keçə bilər. Qısa sürətli nəfəs almaların sonu huşunu itirmələrlə nəticələnə bilər. Panik və ya […]

Sosial asılılıq

Bəzi insanlar asılılığa öyrənirlər. Bu, daha çox uşaqkən valideynlərin onların işlərini yerinə yetirməsi və onlara tək başına nələrisə həll etməyə icazə verməməsinə görə olur. Bu uşaqlar böyüyəndə də, təkbaşına nələrisə etməyə çəkinir və daima onların etdiyini təsdiqləyəcək, yaxud da onların yerinə işləri həll edəcək adamlar axtarırlar. Bu cür insanlar daha çox hər şeyə qarışan və […]

İmposter sindromu

İmposter sindromu ilk dəfə 1970-ci illərdə psixoloq Suzanne Imes və Pauline Rose Clance tərəfindən kəşf edildi. Imposter sindromu şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur. Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları […]

Uşaqlarda gecə qorxusu

Gecə qorxusu – uşağın gecənin istənilən vaxtında oyanması, ətrafını dərk edə bilməməsi, yuxuda nəsə görürmüş kimi danışıb ağlaması, ünsiyyətə qapanması kimi müəyyən edilir. Bu, bir neçə dəqiqədən dörddə bir saata qədər çəkə bilər. Uşaq özünə gələndən sonra heçnə xatırlamaya bilər. Bunun gecə terroru adlandırılmasının səbəbi, gecə yaşanan qorxulu, xaotik va mürəkkəb emosional davranışın olmasıdır. Gecə […]

Fövqəladə hallar zamanı psixi sağlamlıq

Dünyada və ölkəmizdə baş verən son neqativ hadisələr səbəbi ilə çoxlu mesajlar var. İnsanlar özlərini narahat, depressiv və hətta günahkar hiss edirlər.Sizin hal-hazırda narahat və depressiv hiss etməniz anlaşılandır. Sosial mediadakı görüntülər və məlumatlar həqiqətən insanın içini sıxır. İstər Ukraynada, istər Suriyada, istər Türkiyədə baş verənlər heç xoş şeylər deyillər. Amma sizin də sosial şəbəkələrdə […]

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

Günümüzdə psixodiaqnostika psixoloqlar ve psixiatrlar tərəfindən yüksək dəqiqliklə müsahibə və psixoloji testlər vasitəsilə həyata keçirilən bir psixoloji vasitədir. Uşaq ve yeniyetmələrlə aparılan psixodiaqnostikalar zamanı uşaq və yeniyetmələrlə yanaşı onları psixoloji diaqnostikaya gətirən valideynlərlə və ya valideynləri əvəz edən digər şəxslərlə də müsahibə aparılır. Müsahibə yolu ilə ilkin olaraq müraciət edəndən anamnez toplanır, yəni psixoloji narahatçılığın […]

Turet sindromu

Turet sindromu mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu. […]

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

Zamanın effektiv idarə olunması ilə bağlı təcrübədə bir neçə məşhur zaman idarə etmə metodu vardır. Onlardan ən məşhuru Stephen Coveyin keçmiş amerikan prezidenti Eisenhower-dən ilham alaraq məşhurlaşdırdığı vacib və təcili zaman idarəetmə metodudur. Bu metoda görə gündəlik işlər 4 yerə bölünür. Həm təcili, həm də vacib işlər. Bu işləri birinci növbədə etmək lazımdır. Bu işlər […]

Autizm spektr pozuntusu

Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur (məsələn, 8 aylıq), lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir. Bu hala daha çox oğlanlarda rast gəlinir. Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının […]

Sağlam və sağlam olmayan hisslər

Dünyanın ən böyük fizika alimlərindən olan Faradey gəncliyində kitab cildləmə sexində işləyirdi. Bu iş onun üçün o qədər sıxıcı idi ki, böyük çətinliklər hesabına da olsa fizikaya yönəldi və neçə-neçə kəşflər edərək insanların həyatını asanlaşdırdı. Kitab cildləmə sexində işləyən zaman hiss etdiyi sıxıntı neqativ olsa da, sağlam hiss idi. Əgər, o dövrdə Faradey psixoloqa getsəydi […]

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

Hər halda bu yazını oxuyan 10 nəfərdən 7-si bu hissi yaşayıb. Sanki bir qara bulud hər yerə sizinlə davamlı gəlirmiş kimi hiss edirsiniz. Mənəvi cəhətdən sizi yoran həmin o xəstəlik “Depresiya”dır. Depressiya problemi hər zaman araşdırılan və marağa səbəb olmuş bir psixopatalogiyadır. Belə ki depressiya sosial,psixoloji və somatik faktorlarla müşahidə olunmaqla bərbər həmçinin də bu […]

Əhvalım havaya görə dəyişir

Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır […]

Online Qeydiyyat