Psixoloji nəfəs darlığı daha çox panik və həyəcan-təşviş pozuntusundan qaynaqlanır.

Təşviş zamanı çarpıntı və nəfəs darlığı müşahidə olunur. Fiziki olaraq heç bir narahatlığı olmayan, ancaq nəfəs ala bilməyən insanlara təmiz hava qəbul etmələri, bol su içmələri və sakit qalmağa çalışaraq bir şəkildə təmkinli olmaları məsləhət görülür. Yalnız bu şəkildə nəfəs darlığı keçə bilər. Qısa sürətli nəfəs almaların sonu huşunu itirmələrlə nəticələnə bilər.

Panik və ya təşviş-atakın öhdəsindən gəlmək üçün mütəxəssisdən dəstək almaq lazımdır. Hisslərimiz bədənimizə təsir göstərir. Bu təsir hisslərimizin sıxlığına bağlı olaraq artıb azala bilir. Məsələn, bizi qorxudan bir şeyi düşünürük və bu uzun müddət davam edərsə, ürəkdə çırpıntı yaranır və bununla yanaşı, istilikbasma, təzyiqin qalxması, nəfəs almaqda çətinlik kimi əlamətlər özünü göstərə bilər.

Nəfəs darlığı və çırpıntıya qarşı təmkinli olmağın faydalı cəhətləri ondan ibarətdir ki, nəfəs alıb-verməyimizi sabitləyə bilirik. Eyni zamanda nəfəs darlığı yarandığı zaman özünüzü sakit saxlaya bilməsək, nəfəs darlığımız daha da artar və ürəkdə çırpıntılar daha sıx-sıx görünməyə başlayar.

Təşvişlə bağlı nəfəs darlığı və çırpıntı hiss etmək ürəyimizə zərər verərmi?
Əgər ürək xəstəliyimiz yoxdursa, ürəyə bağlı risk əmələ gətirməz. Ancaq yaşadığımız təşviş həyat keyfiyyətimizə ciddi bir şəkildə neqativ təsir göstərir.
Nəfəs darlığı, təşviş pozuntusu və çarpıntı uzun müddət yaşandıqda bu simptomlarn psixoloji olduğuna inanmırlar, fiziki xəstəliyə bağlı olduğunu düşünürlər. Ancaq inandırıcı gəlməsə də, bu, psixoloji əlamətdir.

Online Qeydiyyat