İdrak fəaliyyətində gender fərqləri.
Açar sözlər: gender fərqləri, idrak fəallığı, emosiya, gender dimorfizm İdrak fəaliyyəti, idrakın əsas xüsusiyyəti kimi şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir və ontogenezin bütün dövrləri ərzində zehni inkişafı təmin edir. Şəxsiyyətin yeni informasiyalara həssaslığı, yüksək idrak tələbatı, idrak fəaliyyəti üçün hazırlıq və idrak tələbatlarının reallaşmasına cəhd fərdi xüsusiyyətlərlə xarakterizə edilən idrak fəaliyyətinin əsasını təşkil edir. […]
İdrak fəallığında emosional yönəlişliyin əhəmiyyəti.
İnsan fəaliyyətinin tənzimlənməsində emosiyalar əhəmiyyətli rola malikdir. Emosiyalar bir çox funksiyanı yerinə yetirir: kommunikativ, motivasiya, tənzimləmə, siqnal və qoruyucu. Emosiyalar bütövlükdə insanın idrak prosseslərinə təsir edərək onların xarakter və istiqamətini müəyyənləşdirə bilir. Bir halda emosiyalar insanın fikrini toplamağa, mövcud şəraiti təhlil edərək düzgün qərar qəbul etməsinə və icrasına mane olduğu halda, digər halda, onun düzgün, […]
Məhkumların cəzaçəkmə müəssisələr mühitinə uyğunlaşmasının psixoloji xüsusiyyətləri.
Açar sözlər: məhbuslar, islahedici koloniya, uyğunlaşma, islah, təcavüz, konformizm,ekspedisiya quduzluğu İslahedici müəssisədə olmanın başlanğıc dövrü əksər məhbuslar üçün ən çətin və kritik dövr sayılır. Tərbiyəvi məqsədlərlə cəmiyyətdən təcridi ilə bağlı onların dərin həyəcan, günah hissi, ailədən ayrılmaları hisslərindən, bu vəziyyəti doğurmuş səbəblər yaddaşda təzə olan və ilk mərhələdə kəskin qəbul edilən zaman istifadə etmək lazımdır. […]
Gender aspektində tələbələrin ailədə xəyanət və xəyanətə təhrik edən səbəblər haqqında biliklərlə məlumatlandırılması.
Ailə, nigah münasibətləri bir qadın və bir kişinin könüllüolaraq birgə yaşayışa razılıq verməsi və vəfa, sədaqət andı içməsi ilə başlar. Ailədə xəyanət çox ciddi psixoloji travma yaradaraq ailənin dağılmasını şərtləndirən bir problemdir. N.Z.Çələbiyevə görə “Xəyanət istənilən insan, istənilən ər-arvad ittifaqı üçün amansız sınaqdır. Buna yüngül və əhəmiyyətiz münasibət bəsləyən istənilən şəxs ya heç kim sevmir, […]
Obsessiv kompulsiv pozuntunun klinik-psixoloji təhlili və aradan qaldırılmasında Koqnitiv-bihevioral terapiyanın rolu.
Açar sözlər : Obsessiv-kompulsiv pozuntu, nevroz, kompulsiya, sindrom, düşüncə, simmetriya, epizodik, adekvat,dezadaptasiya Obsessiv-kompulsiv pozuntu (lat.obsessio-mühasirə edilmiş, örtülmüş, arzuolunmaz fikirlər və lat.compello – məcburi, lat.compulsio-zorlama) – sarışan fikirlərin və ya sarışan hərəkətlərin, kompulsiya daha çox onların hər ikisinin mövcudluğuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur. Nevrozun bu forması insanda təşviş yaradan sayrışan fikirlərin (obsessiyalar) meydana çıxması […]
Psixologiyada qavrama probleminin qoyuluşu
Açar sözlər: psixi proses, idrak, intellekt, duyğu, qavrayış, obraz, persepsiya, semantika Müasir təhsilsistemi özünün ənənəvilik və müasirlik prinsipləri ilə zəngindir. Bir tərəfdən pedaqoqlar ənənəvi prinsiplərə sadiq qalaraq təhsil prosesini illər uzunu istifadə edilmiş metod və vasitələrlə qurur, digər tərəfdən də həmin prosesi yeni texnologiyalarla daha da zənginləşdirirlər. Belə bir təhsil mühitində həm orta məktəbdə oxuyan […]
Müasir cəmiyyətdə məktəblilərin cinsi tərbiyəsi problemi
Açar sözlər: mənəviyyat, cinsi tərbiyə, cinsi fərqlər, cinsi tərbiyə modeli, cinsi dərketmə Müasir dövrümüzdə cəmiyyətimizdə mövcud olan aktual problemlərdən biri də məktəblilərin cinsi tərbiyəsinin təşkili məsələsidir. Cinsi tərbiyənin aparılması məsələsində qarşıya çıxan çətinliklərin ən başında o dayanır ki, uzun illər ərzində və indiki dövrün özündə belə bu məsələ haqqında danışmaq, müzakirə etmək “qadağan” idi. Cəmiyyətdə […]
Emosional intellekt : nəzəri baxışların təhlili
Açar sözlər: emosiya, intellekt, emosional intellekt, sosial komponent, modellər, koqnitiv bacarıqlar İntellektin öyrənilməsi sahəsində aparılan tədqiqatlar nəticəsində intellekt anlayışı müxtəlif məsələləri həll etmək, ətraf mühitə adaptasiya olunmaq və əqli qabiliyyət kimi təhlil olunmuşdur. İntellektin öyrənilməsi məqsədilə aparılan tədqiqatlar emosiyaları intellektin bir növü kimi nəzərdən keçirməyə şərait yaratmış, lakin müxtəlif dövrlərdə bu fenomenə fərqli münasibətlər olmuşdur. […]
Pentisiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial-psixoloji adaptasiyası
Açar sözlər: məhkum, sosial-psixoloji adaptasiya, islah tədbirləri, cəza- çəkmə müddəti, psixoloji treninq Giriş Məhkəmənin hökmü ilə təyin edilən cəza, bir tərəfdən cinayət törətmiş şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırır, digər tərəfdən, başqa şəxslərin hüquq və azadlıqlarını təmin edir. Klassik cəza hüququ doktorinində isə cəzanın 2 məqsədinin olduğu bildirilirdi: ümumi və xüsusi.Ümumi olaraq, şəxslərin cəzalandırılması onları cinayətdən […]
Məktəb psixoloqunun peşəyə uyğunlaşmasında münasibətlərin rolu
Açar sözlər: məktəb psixoloqu, uyğunlaşma, uyğunlaşma çətinliyi, sosiallaşma, münasibət, ünsiyyət, pedaqoji təfəkkür, özünüdərk, özünüinkişaf, kommunikativ bacarıq. GİRİŞ Tаriх bоyu özünün peşə fəaliyyətinə uyğunlaşması insаn şəхsiyyətinin kamil şəkildə formalaşmasının оptimаl yоlu оlub. Hаzırdа bu sahədə təhsilin rоlu dаhа dа аrtmışdır. Çünki infоrmаsiyа tехnоlоgiyаlаrının sürətlə inkişаf еtdiyi müаsir dövrdə insаnı təhsilsiz təsəvvür еtmək mümkün dеyildir. Bеlə insаn […]
Məhkumların yeni mühitə uyğunlaşmasının empirik təhlili
Açar sözlər: uyğunlaşma, sosial-psixoloji adaptasiya, şəxsiyyət, həyati münasibətlər modeli, məhkum, yeni mühit, resosializasiya, dəyərlər İctimai həyatın dinamikliyi insanlar arasındakı münasibətlərdə, onların davranış və rəftarında da öz əksini göstərir. Eyni zamanda elmi-texniki tərəqqi və müasir ictimai inkişaf bir sıra yeni psixoloji problemlər yaradır. Həssaslıq və emosionallıq zəifləyərək insanlar arasında biganəlik, rəftar və davranışda kobudluq kimi hallar […]
Endokrinoloji patologiyaların aşkar edilməsində klinik psixoloqun rolu
Açar sözlər: klinik psixoloq, endokrinoloji patologiya, psixoterapiya, psixoloji müayinə Klinik psixologiya və psixoterapiya üzrə diplom sonrası həkimlərin təkmilləşdirilməsi, sağlam şəxsin əmək və təhsil fəaliyyətinə klinik-psixoloji biliklərin yeridilməsi klinik psixologiyanın müasir dövrdə çoxsahəli inkişafına səbəb olmuşdur. Bunun nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq anlayışına verdiyi tərifə – “sağlamlıq insanın elə bir halıdır ki, təkcə xəstəlik və fiziki […]