Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun əməkdaşları ilə görüş keçirib.
Görüşdə Elnur Rüstəmov institutun yüksək indeksli beynəlxalq jurnallarda nəşr edilən elmi məqalələri barədə məlumat verib, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıb. Daha sonra Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Seyyid-Zeynəb Əliyeva mütəxəssislərin iş saatları, göstərilən psixoloji xidmətlər barədə məlumat verib, həyata keçirilən yeniliklərdən danışıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı, institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib.
Görüşdə yeniyetmələrdə bullinq, aqressiya və psixi sağlamlıq arasında əlaqənin tədqiqi və “Məktəb psixoloqlarında ümidsizlik və emosional tükənmədə psixoloji sıxıntının vasitəçi rolu” adlı məqalənin araşdırma istiqamətləri təhlil edilib. Daha sonra növbəti qrupla yeni tədqiqat məqaləsi olan “Emotional intelligence, psychological needs and subjective happines” adlı araşdırmanın ilkin hazırlıq işləri müzakirə olunub.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Ayşən Qəribova 8-ci “Könüllü fəaliyyət” proqramı üzvlərinə “Dissosiativ şəxsiyyət pozuntusu” mövzusunda təlim keçib.
8-ci “Könüllü fəaliyyət” qrupunun növbəti təlimi baş tutub. Təlimdə könüllülərə dissosiativ şəxsiyyət pozuntusu ilə bağlı geniş məlumat verilib, onların sualları cavablandırılıb. İnstitutun əməkdaşı, Ayşən xanıma dəyərli biliklərini qrup üzvləri ilə bölüşdüyü üçün təşəkkür edirik.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə Doç.Dr.Seydi Ahmet Satıcı, institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib.
Görüşdə “Hopelessness” adlı məqalənin introduction hissəsi analiz edilib. Daha sonra növbəti qrupla “Emotional intelligence Basic psychological needs və Subjective happines əlaqəsi” adlı məqalənin ilkin addımları müzakirə edilib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Nigar Əsgərova 8-ci “Könüllü fəaliyyət” proqramı üzvlərinə “Şəxsiyyət pozuntuları” mövzusunda təlim keçib.
8-ci “Könüllü fəaliyyət” qrupunun növbəti təlimi baş tutub. Təlimdə könüllülərə şəxsiyyət pozuntuları ilə bağlı geniş məlumat verilib, videolar göstərilib, onların sualları cavablandırılıb. İnstitutun əməkdaşı, psixoloq Nigar xanıma dəyərli biliklərini qrup üzvləri ilə bölüşdüyü üçün təşəkkür edirik.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi arasında görüş keçirilib.
Psixoloji xidmətin təşkilati işlərinin təkmilləşdirilməsi müzakirə olunub.Psixologiya Elmi-Tədqiqat İnstitutunun Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi arasında görüş keçirilib. Görüşdə mərkəz üçün nəzərdə tutulmuş işlər haqqında danışılıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə Doç.Dr.Seydi Ahmet Satıcı, institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib.
Görüşdə “Prokrastinasiyanın lokus nəzarət və məktəb məmnuniyyəti arasındakı vasitəçi rolu” adlı məqalə yekunlaşdırılıb. Daha sonra növbəti qrupla “Özünüqiymətləndirmə, özününəzarət və smartfon asılılığı” adlı məqalə ilə bağlı işlər tamamlanıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Emilya Nəsibova 8-ci “Könüllü fəaliyyət” proqramı üzvləri ilə “Three Christs” filmini analiz ediblər.
Daha sonra Emilya Nəsibova “Könüllü fəaliyyət” proqramı üzvlərinə şizofreniya haqqında məlumat verib və onların suallarını cavablandırıb. Psixoloqa öz zəngin bilik və təcrübələrini bölüşdüyü üçün təşəkkür edirik.
Psixologiya Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Fəlsəfə və Sosiologiyaİnstitutunun elmi-tədqiqat qrupunun məqaləsi “Springer Nature” indeksli jurnalda
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi işçiləri, psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva, psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılova və elmi işçi Xalidə Xəlilovanın həmmüəllifi olduqları “Azərbaycanlı yetkinlərdə sosial bağlılıq, psixoloji rifah va psixoloji dözümlülük arasındakı alaqə” […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT klubunun üzvləri üçün “Obsessiv-kompulsiv pozuntu” vörkşopu həyata keçirilib.
Vörkşop institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov tərəfindən aparılıb.
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov yeni könüllü fəaliyyət qrupu ilə görüşüb. – Copy
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov yeni könüllü fəaliyyət qrupu ilə görüşüb.Görüşdə Elnur Rüstəmov qeyd edib ki, institut müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Elmi tədqiqat qruplarının mövcud olması və artıq bir neçə məqalənin beynəlxalq indeksli jurnallarda çap olunması barədə danışıb. Bundan əlavə institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun şöbə müdirləri ilə görüş keçirib.
Görüşdə p.ü.f.d., dosent Hökümə Əliyeva, p.ü.f.d., dosent Məhərrəm Əliyev, psixoloq Mətanət Əliyeva, psixoloq Ülviyyə Nəhmətova, Şahin Şərifov, Seyyid-Zeynəb Əliyeva və Ülkər Zalova-Nuriyeva iştirak ediblər. Görüşdə institut tərəfindən görüləcək işlər barədə danışılıb, nəzərdə tutulmuş layihələrin icrası müzakirə olunub. Bununla yanaşı, institutun elmi-tədqiqat qrupu tərəfindən aparılan araşdırmaların istiqamətləri müəyyənləşdirilib. Daha sonra institut tərəfindən aparılan psixoloji xidmətin keyfiyyətinin […]