Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun əməkdaşları ilə görüş keçirib. 

Görüşdə Elnur Rüstəmov  institutun yüksək indeksli beynəlxalq jurnallarda nəşr edilən elmi məqalələri barədə məlumat verib, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıb.

Daha sonra Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Seyyid-Zeynəb Əliyeva mütəxəssislərin iş saatları, göstərilən psixoloji xidmətlər barədə məlumat verib, həyata keçirilən yeniliklərdən danışıb.

Online Qeydiyyat