Psixologiya Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Fəlsəfə və Sosiologiyaİnstitutunun elmi-tədqiqat qrupunun məqaləsi “Springer Nature” indeksli jurnalda

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi işçiləri, psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva, psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılova və elmi işçi Xalidə Xəlilovanın həmmüəllifi olduqları “Azərbaycanlı yetkinlərdə sosial bağlılıq, psixoloji rifah va psixoloji dözümlülük arasındakı alaqə” (Exploring the relationship between social connectedness and mental wellbeing: the mediating role of psychological resilience among adults in Azerbaijan) adlı elmi məqalə “Springer Nature” elmi bazasına daxil olan “Discover Psychology” jurnalında çap olunub.

Bu araşdırma modelləşdirmə tədqiqatıdır və elmi-təqdiqat 18-66 yaş aralığında olan 519 yetkin şəxs üzərində aparılıb. Tədqiqata cəlb olunmuş iştirakçıların ailə vəziyyəti (evli/subay), əmək fəaliyyətləri, müxtəlif dövlət və özəl qurumlarda çalışmaqları nəzərə alınıb. Araşdırmada həmçinin işsiz şəxslər də iştirak ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, sosial bağlılıqla psixoloji rifah arasında pozitiv əlaqə mövcuddur. Elmi-tədqiqatın gələcək dövrdə ölkəmizdə yetkin yaş qrupu arasında tətbiqi üçün əldə olunan qənaətə əsasən bu şəxslər çevrələrindən dəstək hiss edərlərsə, onlarda sosial bağlılıq artar, beləliklə də insanların psixoloji dayanıqlığı təmin olunar. Bu da gələcəkdə bu sahədə tətbiq olunan modelləmə işində sosial bağlılığın inkişafına rəvac verəcək.

Araşdırmada həmçinin qeyd olunur ki, yetkin şəxslər öz sosial mühitinə aid olduqlarını hiss etsələr, onların psixoloji dayanıqlıqları artar, bununla da onların psixoloji rifahı yüksələr.

Məqalə ilə daha ətraflı aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

https://link.springer.com/article/10.1007/s44202-023-00080-8 : Psixologiya Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Fəlsəfə və Sosiologiyaİnstitutunun elmi-tədqiqat qrupunun məqaləsi “Springer Nature” indeksli jurnalda

Online Qeydiyyat