Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı, institutun və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin elmi-tədqiqat qruplarının növbəti görüşü keçirilib. 

Görüşdə yeniyetmələrdə bullinq, aqressiya və psixi sağlamlıq arasında əlaqənin tədqiqi və “Məktəb psixoloqlarında ümidsizlik və emosional tükənmədə psixoloji sıxıntının vasitəçi rolu” adlı məqalənin araşdırma istiqamətləri təhlil edilib.

Daha sonra növbəti qrupla yeni tədqiqat məqaləsi olan “Emotional intelligence,  psychological needs and subjective happines” adlı araşdırmanın ilkin hazırlıq işləri müzakirə olunub.

Online Qeydiyyat