Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov yeni könüllü fəaliyyət qrupu ilə görüşüb. – Copy

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov yeni könüllü fəaliyyət qrupu ilə görüşüb.
Görüşdə Elnur Rüstəmov qeyd edib ki, institut müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Elmi tədqiqat qruplarının mövcud olması və artıq bir neçə məqalənin beynəlxalq indeksli jurnallarda çap olunması barədə danışıb. Bundan əlavə institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, Beyin və Davranış Laboratoriyası və CBT məktəbindən bəhs edib.
Sədr əlavə edib ki, istitut davamlı olaraq yeni kadrların hazırlanması, Beynəlxalq səviyyəli kursların təşkili ilə bağlı məlumat verib. Yaxın gələcək üçün nəzərdə tutulan layihələrlə bağlı danışıb.
Sonda bütün bu işlərdə könüllülərin aktiv iştirakının vacibliyini vurğulayıb.

Daha sonra İnstitutun əməkdaşı, 8-ci könüllü fəaliyyət proqramının qrup rəhbəri Emilya Nəsibova və kordinatorlar Jalə Babazadə, Nigar Əsgərova və Ayşən Qəribova fəaliyyətləri barəsində üzvlərə məlumat veriblər.

Online Qeydiyyat