Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun şöbə müdirləri ilə görüş keçirib.

Görüşdə p.ü.f.d., dosent Hökümə Əliyeva, p.ü.f.d., dosent Məhərrəm Əliyev, psixoloq Mətanət Əliyeva, psixoloq Ülviyyə Nəhmətova, Şahin Şərifov, Seyyid-Zeynəb Əliyeva və Ülkər Zalova-Nuriyeva iştirak ediblər.

Görüşdə institut tərəfindən görüləcək işlər barədə danışılıb, nəzərdə tutulmuş layihələrin icrası müzakirə olunub. Bununla yanaşı, institutun elmi-tədqiqat qrupu tərəfindən aparılan araşdırmaların istiqamətləri müəyyənləşdirilib.

Daha sonra institut tərəfindən aparılan psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər dinlənilib, yeni yanaşmaların tətbiqi ilə bağlı müzakirə aparılıb.

Online Qeydiyyat