Elmi-tədqiqat qrupunun iclası keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda İnstitutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə elmi-tədqiqat qrupunun iclası keçirilib. İclasda Dos.Dr.Seydi Ahmet Satıcı 4 ay ərzində elmi-tədqiqat qrupu tərəfindən yekunlaşdırılan və araşdırmaları davam edən məqalələr haqqında məlumat verib.Ahmet Satıcı bildirib ki, hazır olan 10 məqalə “Scopus” elmi platformasına qəbul üçün göndərilib. O daha sonra aparılan […]

Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun növbəti dərsi baş tutub

Martın 5-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Dos.Dr. Seydi Ahmet Satıcı tərəfindən Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun növbəti dərsi tədris edilib. Dos.Dr.Seydi Ahmet Satıcı kurs iştirakçılarına tədqiqat elementlərini təyin etdikdən sonra meyarlara əsasən analiz növlərinin seçilməsi metodlarından danışıb. Daha sonra t-testi və anova analiz metodlarının istifadə edilmə qaydaları, bu metodlara […]

Uşaq İnkişafı və Psixologiyası Kursunun növbəti dərsi baş tutub

Martın 5-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursunun növbəti dərsi baş tutub. Doç.Dr.Begüm Satıcı “Uşaq və yeniyetmələr üçün psixoloji testlər”, “Uşaqlarla ünsiyyət” mövzularında dərslər keçib. Begüm Satıcı iştirakçılara “Yetkin şəxslər üçün Metropolitan testi”, “Burdon testi”, “d2 Diqqət testi”, “BEİER cümlə tamamlama A formu”, “Ankara gelişim tarama envanteri” testləri və onların istifadə qaydalarını izah […]

Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun ilk dərsi tədris edilib

Martın 4-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Dos.Dr. Seydi Ahmet Satıcı tərəfindən Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun ilk dərsi tədris edilib. Dos.Dr.Seydi Ahmet Satıcı kurs iştirakçılarına elmi-tədqiqatların aparılma məqsədi, qaydaları, meyarların düzgün təyin edilməsi, hipotezlərin qurulması, hipotezlərin növləri barədə məlumat verib. Eyni zamanda, iştirakçılara SPSS proqramının istifadə olunma qaydaları, məlumat […]

Uşaq İnkişafı və Psixologiyası Kursunun növbəti dərsi baş tutub

Martın 4-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursunun növbəti CANLI dərsi baş tutub. Doç.Dr.Begüm Satıcı “Uşaq və yeniyetmələr üçün psixoloji testlər” , “Uşaqlarla ünsiyyət” mövzularını tədris edib. Daha sonra Doç.Dr.Begüm Satıcı iştirakçılarla müzakirələr aparıb, onların fikirlərini dinləyib. İştirakçılara uğurlar arzu edirik !

“İmtahan stresi və onun idarə edilməsi” mövzusunda abituriyentlərlə görüş keçirib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva Microsoft Teams platforması üzərindən “İmtahan stresi və onun idarə edilməsi” mövzusunda abituriyentlərlə görüş keçirib. Görüşdə “Abituriyentlər üçün həyəcan və stresin idarə edilməsi texnikaları”,”Stres və həyəcan yaradan düşüncələrin idarə edilməsi”,”imtahan vaxtı zamanın düzgün idarə edilməsi” mövzuları barədə məlumat verib. Sonda abituriyentlərin sualları və fikirlərini […]

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları ilə növbəti görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin əməkdaşları ilə elmi tədqiqatlarla bağlı növbəti görüş keçirib. Görüşdə nəzərdə tutulmuş elmi-tədqiqat işi haqqında müzakirələr aparılıb. Eyni zamanda, yeni araşdırmanın istiqamətləri müəyyənləşdirilib.

Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə aparılan elmi-tədqiqat işlərinin yekun redaktə işləri haqqında danışılıb, nəzərdə tutulmuş yeni məqalə haqqında müzakirə aparılıb. Daha sonra yeni bir araşdırma qrupu təyin edilib. Bütün qruplara uğurlar arzu edirik!

Elmi-metodik, İnkişaf və yaş psixologiyası, Nəzəri və eksperimental psixologiya şöbə müdirlərinin birgə iclası keçirilmişdir

27.02.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi-metodik, İnkişaf və yaş psixologiyası, Nəzəri və eksperimental psixologiya şöbə müdirlərinin birgə iclası keçirilib. Görüşdə yenidənhazırlanma üzrə görülməli olan işlər müzakirə olunub, həmçinin fənn proqramlarının hazırlanması ilə bağlı işlərin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Daha sonra tədris planında nəzərdə tutulan fənlərin saatlarının həcminin müəyyən olunması, bu istiqamətdə təkliflərin yazılı şəkildə hazırlanıb […]

Bu gün Od çərşənbəsidir

Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu düşüncə günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsi münasibətilə hər kəsi təbrik edirik!

Beyin və Davranış Laboratoriyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələrinə təlim keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələrinə təlim keçirilib. Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, dosent Məhərrəm Əliyev, QEEG üzrə baş mütəxəssis Səyanə Əliyeva və aparatlar üzrə mütəxəssislər tələbələrə laboratoriyada aparılan tədqiqat işləri, psixoloji diaqnostika və psixoloji korreksiya haqqında məlumat veriblər. İnstitutun mütəxəssisləri […]

26 Fevral- Xocalı soyqırımı günüdür

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirmişdir. Soyqırım nəticəsində 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarası almış, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş və Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Xocalı soyqırımından 31 il ötür.

Online Qeydiyyat