“İmtahan stresi və onun idarə edilməsi” mövzusunda abituriyentlərlə görüş keçirib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva Microsoft Teams platforması üzərindən “İmtahan stresi və onun idarə edilməsi” mövzusunda abituriyentlərlə görüş keçirib.

Görüşdə “Abituriyentlər üçün həyəcan və stresin idarə edilməsi texnikaları”,”Stres və həyəcan yaradan düşüncələrin idarə edilməsi”,”imtahan vaxtı zamanın düzgün idarə edilməsi” mövzuları barədə məlumat verib.

Sonda abituriyentlərin sualları və fikirlərini dinləyib, onlara qaranlıq qalan məsələləri təkrar izah edib.

Psixoloq Mətanət Əliyevaya öz zəngin bilik və təcrübələrini bölüşdüyü, abituriyentlərə dəstək məqsədilə görüş keçirməsinə görə təşəkkür edirik!

Online Qeydiyyat