Elmi-tədqiqat qrupunun iclası keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda İnstitutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə elmi-tədqiqat qrupunun iclası keçirilib.

İclasda Dos.Dr.Seydi Ahmet Satıcı 4 ay ərzində elmi-tədqiqat qrupu tərəfindən yekunlaşdırılan və araşdırmaları davam edən məqalələr haqqında məlumat verib.Ahmet Satıcı bildirib ki, hazır olan 10 məqalə “Scopus” elmi platformasına qəbul üçün göndərilib. O daha sonra aparılan elmi araşdırmaların əhəmiyyətini, məqsədini və nəticələrindən bəhs edib, adaptasiya olunan testlərin artıq istifadəyə açıq olduğunu və Azərbaycanda aparılacaq tədqiqatlar üçün istifadəyə yararlı olduğunu bildirib.

İclasın növbəti hissəsində PhD Elnur Rüstəmov tamamlanmış məqalələrin əhəmiyyətindən danışıb və bu araşdırmaların ölkəmizin psixologiya sahəsi üçün mühüm nailiyyət olduğunu vurğulayb. “Web of Science” və “Scopus” elmi platformalarına göndərilən məqalələr üçün tədqiqat qruplarını təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra iştirakçılar fikirlərini bölüşüblər, yeni tədqiqatlarla bağlı fikir mübadiləsi aparıblar.

Online Qeydiyyat