Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun ilk dərsi tədris edilib

Martın 4-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Dos.Dr. Seydi Ahmet Satıcı tərəfindən Sosial Elmlər üçün Statistika Proqramı (SPSS) kursunun ilk dərsi tədris edilib.

Dos.Dr.Seydi Ahmet Satıcı kurs iştirakçılarına elmi-tədqiqatların aparılma məqsədi, qaydaları, meyarların düzgün təyin edilməsi, hipotezlərin qurulması, hipotezlərin növləri barədə məlumat verib.

Eyni zamanda, iştirakçılara SPSS proqramının istifadə olunma qaydaları, məlumat bazasının toplanması, “Google form” yaradılması, toplanmış məlumatların “excel” proqramına köçürülməsi, “excel”də bazaların yerləşdirilməsi, yığılmış bazaların daha sonrakı mərhələdə SPSS proqramına ötürülməsi qaydaları öyrədilib.

Son məqalələr

Online Qeydiyyat