Beyin və Davranış Laboratoriyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələrinə təlim keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Beyin və Davranış Laboratoriyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının tələbələrinə təlim keçirilib.

Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri, dosent Məhərrəm Əliyev, QEEG üzrə baş mütəxəssis Səyanə Əliyeva və aparatlar üzrə mütəxəssislər tələbələrə laboratoriyada aparılan tədqiqat işləri, psixoloji diaqnostika və psixoloji korreksiya haqqında məlumat veriblər.

İnstitutun mütəxəssisləri daha sonra tələbələrə praktiki şəkildə aparatların iş prinsipini göstəriblər.

Online Qeydiyyat