Elmi-metodik, İnkişaf və yaş psixologiyası, Nəzəri və eksperimental psixologiya şöbə müdirlərinin birgə iclası keçirilmişdir

27.02.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Elmi-metodik, İnkişaf və yaş psixologiyası, Nəzəri və eksperimental psixologiya şöbə müdirlərinin birgə iclası keçirilib.

Görüşdə yenidənhazırlanma üzrə görülməli olan işlər müzakirə olunub, həmçinin fənn proqramlarının hazırlanması ilə bağlı işlərin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Daha sonra tədris planında nəzərdə tutulan fənlərin saatlarının həcminin müəyyən olunması, bu istiqamətdə təkliflərin yazılı şəkildə hazırlanıb təqdim edilməsi qərarlaşdırılıb.

Online Qeydiyyat