Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir.
20.02.2021 tarixində başlayan, Zoom platformasında tədris olunan Məktəb Psixoloqları üçün Nəzəri və Praktik Təlim Proqramı davam edir. Qeyd edək ki, nəzəriyyə və praktikanı özündə birləşdirən təlim proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyeva və həmin mərkəzin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən tədris olunur. İnstitutumuzda tədris olunan […]
“Peşəkar Psixoloq” Təcrübə Proqramı davam edir.
Fotolar “Peşəkar Psixoloq” Təcrübə Proqramının dərslərini əks etdirir. Qeyd edək ki, təcrübə proqramı Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur. Hər dərs mövzu üzrə zəruri biliklər iştirakçılara çatdırılır, praktik texnikaların tətbiqi öyrədilir, dərs materialları və slaydlar iştirakçılara göndərilir. Peşəkarlıqla tədris olunan kurs […]
Tələbə Təcrübə Proqramı (3-cü həftə)
Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübə keçən lV kurs tələbələrinin təcrübə proqramına əsasən üçüncü həftənin yekununu sizinlə paylaşırıq: 15.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında “Təşviş pozuntuları və korreksiyası” mövzusunda […]
Psixo-help – “Yeniyetməlik dövrü: problemlər və həlli yolları”
Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin ilk görüşü 18.03.2021 tarixində baş tutdu. İlk qonağımız İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadə, mövzu isə “Yeniyetməlik dövrü: problemlər və həlli yolları” oldu. Zoom platforması üzərindən tədris olunan […]
“Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” vebinarı
Dəyərli izləyicilərimiz, həftəmizi yeni bilik və bol informasiyalarla zəngin daha bir vebinarla başa vurduq. Belə ki, 13.03.2021 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda vebinar baş tutdu. Zoom platforması üzərindən tədris olunan və 2 saat davam edən vebinarda Nərmin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları […]
Məktəb psixoloqları üçün “Yeniyetmələrdə intihar cəhdləri” vebinarı
Məktəb psixoloqları üçün maarifləndirici vebinarlarımız davam edir. 13.03.2021 tarixində məktəb psixoloqları üçün Microsoft Teams platforması üzərindən növbəti vebinarımız baş tutdu. 2 saat davam edən vebinar Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zamanın təqdimatında keçirildi, “Yeniyetmələrdə intihar cəhdləri” mövzusuna həsr olundu. […]
Tələbə Təcrübə Proqramı (2-ci həftə)
Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübəyə davam edirlər. Təcrübə proqramına əsasən ikinci həftənin yekununu sizinlə paylaşırıq: 09.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, uzman psixoloq Nəzrin Məmmədzadənin təqdimatında “İlkin psixoloji dəyərləndirmə” mövzusunda təlim; 10.03.2021 – Psixoloji […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun dəyərli əməkdaşı, kollektivimizin sevilən üzvü, tələbələrinin sevimli müəllimi Kiyan Javadini itirdik.
Dərin təəssüf hissi ilə bildiririk ki, bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun dəyərli əməkdaşı, kollektivimizin sevilən üzvü, tələbələrinin sevimli müəllimi Kiyan Javadini itirdik. Kiyan Javadi Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin elmi işçisi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun Tibbi Psixologiya ixtisası üzrə doktorantı, İran Psixoloqlar Assosiasiyasının üzvü, CBT, CBH […]
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneğinin birgə əməkdaşlıq çərçivəsində görüşü baş tutdu.
11.03.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneğinin birgə əməkdaşlıq çərçivəsində görüşü baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən şöbə müdirləri, mərkəz direktorları,Türk Psikolojik Danışmanlık ve Rehberlik Derneğinin Genel kurul başkanı Oğuz Ozat, dergi başkanı prof.dr.Mehmet Engin Deniz, genel sekreter Mesut Yıldırım, eğitim başkanı Mustafa […]
“Koqnitiv-bihevioral terapiya (CBT)” kursunun məzununa Sertifikat təqdim edildi.
Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının proqramı ilə fərdi tədris etdiyi “Koqnitiv-bihevioral terapiya (CBT)” kursunun məzununa Sertifikat təqdim edildi. Yüksək peşəkarlıqla tədris olunan kurs üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçımıza uğurlar və kursda öyrəndiklərini öz təcrübəsində uğurla tətbiq etməyi arzu edirik! Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə […]
Klinik Psixologiya Kursu
16.02.2021 tarixində başlayan və 20 saatlıq proqramı əhatə edən Klinik Psixologiya Kursumuz davam edir. Qeyd edək ki, kurs Zoom platforması üzərindən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşları, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və klinik psixoloq Nuranə Salmanlının təqdimatında tədris olunur. Uğurla tədris olunan kurs üçün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, […]
Tələbə Təcrübə proqramı (ilk həftə)
Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübəyə davam edirlər. Təcrübə proqramına əsasən ilk həftənin yekununu sizinlə paylaşırıq: 01.03.2021 – Təcrübəçi tələbələrlə ilk görüş; 02.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Tələbə Təcrübə Proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri” mövzusunda təlim; 03.03.2021 […]