Tələbə Təcrübə proqramı (ilk həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübəyə davam edirlər.

Təcrübə proqramına əsasən ilk həftənin yekununu sizinlə paylaşırıq:

▶️ 01.03.2021 – Təcrübəçi tələbələrlə ilk görüş;

▶️ 02.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Tələbə Təcrübə Proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri” mövzusunda təlim;

▶️ 03.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Tələbə Təcrübə Proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət pozuntuları” mövzusunda təlim;

▶️ 04.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Vəliyeva ilə “Van Gogh painted with words” filminin analizi;

▶️ 05.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman ilə qrup terapiyası.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Online Qeydiyyat