Psixo-help – “Yeniyetməlik dövrü: problemlər və həlli yolları”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin ilk görüşü 18.03.2021 tarixində baş tutdu.

İlk qonağımız İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadə, mövzu isə “Yeniyetməlik dövrü: problemlər və həlli yolları” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nəzrin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı.

Qeyd edək ki, layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir.

Belə ki, “Psixo-help” layihəsi çərçivəsində həftədə 1 dəfə Zoom platformasında Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri tərəfindən ödənişsiz vebinarlar tədris olunacaq, sizi narahat edən problemlərə psixoloji müstəvidə aydınlıq gətiriləcək, suallarınız cavablandırılacaq.

Online Qeydiyyat