Tələbə Təcrübə Proqramı (2-ci həftə)

Bakı Dövlət Universitetinin “SABAH qrupları”-nın Psixologiya ixtisası üzrə təhsil alan lV kurs tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda aktiv təcrübəyə davam edirlər.

Təcrübə proqramına əsasən ikinci həftənin yekununu sizinlə paylaşırıq:

▶️ 09.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, uzman psixoloq Nəzrin Məmmədzadənin təqdimatında “İlkin psixoloji dəyərləndirmə” mövzusunda təlim;

▶️ 10.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, klinik psixoloq Nuranə Salmanlı ilə “Tall girl” filminin psixoloji analizi;

▶️ 11.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Xəyalə Zaliyevanın təqdimatında “Praktik Psixologiya” mövzusunda təlim;

▶️ 12.03.2021 – Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı, Qərb Universitetinin müəllimi, klinik psixoloq Gülər Zaman ilə (real pasientin iştirakı ilə) qrup terapiyası.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşlarımıza öz bilik və təcrübələrini tələbələrlə paylaşdıqları üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik!

Online Qeydiyyat